Valensiyada dünyanın ilk dörd günlük iş həftəsi təcrübəsi keçirilir

11-04-2023, 12:14           
Valensiyada dünyanın ilk dörd günlük iş həftəsi təcrübəsi keçirilir
Valensiya hakimiyyəti bazar ertəsi dörd günlük iş həftəsi tətbiq etmək üçün sınaqlara başlayıb.

Bu barədə şəhər meriyasından məlumat verilib.

“Valensiya dünyada bir ay davam edən 32 saatlıq iş həftəsi layihəsini sınaqdan keçirən ilk şəhər olacaq”, - press-relizdə deyilir.

Təcrübə mayın 7-dək davam edəcək. Şəhərdə bazar ertəsi günləri artıq rəsmən istirahət günləri elan edilib.

Pilot layihə daha qısa iş həftəsinin yerli sakinlərin sağlamlığı və rifahı, ətraf mühit və iqtisadiyyat kimi sahələrə, xüsusən də ticarət, qonaqpərvərlik və istirahət sahələrinə necə təsir etdiyini təhlil edəcək. Nəticələrin iyulda təqdim olunması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru