Sabirabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi və ya Sosial Məhvi Fondudur? İqtisadçı ekspertin atasının başına gələnlər....
Bu gün, 00:08

TEREF yazır ki, iqtisadçı ekspert Razi Abasbəyli Sabirabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən qanunsuzluqdan şikayət edir.
İqtisadçı ekspert Razi Abasbəyli müvafiq dövlət qurumlarına müraciət edərək pensiaçı atasının probleminin həllində yardım istəyir. Onun sosial şəbəkələrdə paylaşdığ postu təqdim edirik:
"Buna necə etiraz etməyim?
Atam Abasov Umudəli Yusif oğlu 42 il Sabirabad rayonunda orta məktəb müəllimi işləyib. Yaşı çatıb təqaüdə çıxıb. Pensiya da avtomatik olaraq təyin edilib. Atam Azərbaycan Dövlət Pedaqoji Universitetini 1976-cı ildə bitirib. Müvafiq olaraq təyinat alaraq Sabirabad rayonunda təyinatla orta məktəbdə müəllim işləyib. Universiteti əyani olaraq bitirib. 42 il müddətində hər şey qanuna uyğun olaraq davam edib - əmək haqqı alıb. Təxminən 12 ildir ki, təqaüdə çıxıb. Artımlar illik 9-10 faizlə gesablanmaqla ödənilib.
Yəni mənim atam pensiya təyinatı işində işində iştirak etməyib.
Ötən ay məlum olub ki, atamın pensiyasından 50 manat kəsilib.
Getdik Sabirabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə. Dedilər atanız 30 il işləyib amma ona 35 il iş stajı yazılıb. Dedik əvvala atam 30 il yox 42 il işləyib. 35 il belə az yazılıb. Dedilər atanıza pensiya təyin edilərkən, pensiya kapitalının 50 faizi yox, 90 faizi hesablanıb. Dəqiqləşdirdik ki, yalandır. Pensiya kapitalının cəmi 51 faizi hesablanıb.
Dedilər atanızın ADPU (O zamanki APİ) diplomu əyani deyil. Gətirdik sübut etdik.
Olmadı.
Bu postu görən dostlar lütfən dəsətk olun.
Bu nə deməkdir?
Bunu kim edir?
Lütfən dəstək olun.
Atam bir gözdən əlildir. Hazırda bir neçə sağlamlıq problemləri var. Aylıq müalicə üçün dərman xərcləri 200 manatdan çoxdur.
Niyə edirsiniz axı bunu?
Lütfən bura müvafiq Dövlət qurumlarını tağ edin.
Xahiş edirəm, dəstək olun. Yoruldum artıq. Razi Abasbəyli "
TEREF olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu problemi cözəcəyinə və bu problemi yaradanları cəzalandıracağına ümid edirik!

