Dünyada ilk: Süni intellekt ada dövlətini idarə edəcək

6-08-2025, 17:08           
Dünyada ilk: Süni intellekt ada dövlətini idarə edəcək
Sakit okeanda tam şəkildə süni intellekt tərəfindən idarə olunan dünyada ilk dövlət peyda olub.

"Pronedra" portalının xəbərinə görə, bu barədə "Sensay Island" layihəsinin yaradıcıları məlumat veriblər.

Məlumata görə, "İslandiya-9" adası beynəlxalq mütəxəssislər komandası tərəfindən hazırlanmış AEGIS avtonom idarəetmə sistemi üçün unikal sınaq meydançasına çevrilib.

Yeni "rəqəmsal dövlət" artıq beş minə yaxın könüllü ilə fəaliyyət göstərir. Resursların paylanmasından tutmuş qanunvericilik təşəbbüslərinə qədər bütün əsas qərarlar məlumatların təhlili və elektron səsvermə əsasında alqoritmlər tərəfindən qəbul edilir.

"Biz sadəcə insanları alqoritmlərlə əvəz etmədik, biz insan səhvini, korrupsiyanı və siyasi qeyri-sabitliyi minimuma endirən sistem yaratdıq", - deyə layihənin yaradıcılarından biri, doktor Amal Çanq izah edib.

Eksperiment elmi və siyasi dairələrdə geniş rezonans doğurub. Oksford Futurologiya İnstitutundan olan politoloq Sandra Houk qeyd edib ki, bu eksperiment 21-ci əsrin demokratik sisteminin mümkün transformasiyası istiqamətində əhəmiyyətli addımdır. Lakin o, AI (süni intellekt) uğursuzluqlarının potensial risklərini nəzərə alaraq ciddi etik nəzarətə ehtiyac olduğunu vurğulayıb.

Layihə artıq BMT, Avropa İttifaqı və Massaçusets Texnologiya İnstitutu (MIT - Massachusetts Institute of Technology) və ETH Sürix də daxil olmaqla, aparıcı universitetlərin diqqətini cəlb edib. Növbəti iki il ərzində sistemin effektivliyinin müstəqil qiymətləndirilməsi planlaşdırılır. Müvəffəqiyyət əldə ediləcəyi təqdirdə, rəqəmsal idarəetmə elementləri dünyanın ayrı-ayrı şəhərləri və regionlarında tətbiq oluna bilər.

Alqoritmlərin şəffaflığı, fərdi məlumatların mühafizəsi və texnoloji idarəetmə ilə insan hüquqları arasında tarazlıq məsələləri əsas çağırışlar sırasında qalır. Çanqın bəyan etdiyi kimi, bəşəriyyət daha dəqiq, daha sürətli və daha ədalətli ola biləcək yeni idarəetmə forması astanasındadır, lakin humanist dəyərlərin prioriteti ilə yaradılarsa.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru