Kerem Bürsin Rusiya filmində çəkiləcək

Bu gün, 15:18           
Kerem Bürsin Rusiya filmində çəkiləcək
Türkiyəli aktyor, "Sen çal kapımı" serialının ulduzu Kerem Bürsin ilk dəfə Rusiya kinosunda rol alacaq.

5-tv.ru xəbər verir ki, aktyor "Növbədənkənar sevgi" ("Любовь вне расписания") melodramında baş rolu ifa edəcək.

Ekran işinin çəkilişləri 2026-cı ilin payızında İstanbulda başlayacaq. Hazırda filmin yaradıcı heyəti oktyabr ayına planlaşdırılan istehsalat prosesinə hazırlıq işləri görür. Ekran əsərinin 2027-ci ilin fevralında nümayiş etdirilməsi gözlənilir.

Süjetin təfərrüatı hələlik açıqlanmır, lakin filmin iki şəxs arasındakı mürəkkəb münasibətlərdən bəhs edəcəyi bildirilir.

Bu layihə Bürsin üçün Rusiya kinosunda ilk təcrübə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru