Azərbaycan Türklərindən olan Aleksandrın (İsgəndərin) yürüşü m.ö 334 və 324-cü illər.
Bu gün, 10:54

Aleksandrın ata nəsli Azərbaycandan təqribən 3500-il köçən Saqa(ƏsAğ)- Sak- Skif-İskit Türk tayfasındandır. Ana tərəfi olan Aran nəsli Odərbağdayın (Azərbaycanın) ƏrEy (Ari-Arian) vilayıtindən olan öntürklərdir. ƏrEylər indiki varıantı ilə Arilər Qədim Hindistanda (Asiyada), Misirdə (Afrikada) və Avropada dövlətlər qurub hakimiyyətdə olub, böyük mədəniyyətlər yaratmışlar. ("Avropanın qədim mədəniyyətini Türk xalqları yaratmışdır. Korsikalılar Aralıq dənizi adalarına Qafqazdan köçüb getmişdir. İtaliyada Bərdə, Şuşa, Durna şəhərlərini bizim əcdadlarımiz salmısdır. Karaman alpları İsgəndərdən sonra Siciliyanı tutmuşdur. Troyalı Azxan (latınca Askaniy) İtaliyada Alban şəhərini salmısdır. Avropa Albanları İtaliyaya, oradan Qərbi Avropaya Anadoludan köçüb getmişdir və s." İlhami Cəfərsoy,Tarixçi Alim.) Arilərin-Aran nəsli Avropada indiki Yunanıstanda və Makedoniyada yunanlardan öncə qurduqları güclü dövlərdən sonra ön Asiyada Madayda-Bağdayda hakiyyəti ələ keçirmiş Haxamanişlərin özbaşınılığına göz yuma bilməzdilər. Önəmli bir faktır ki, həmin nəsildən Aleksandrın(İsgəndərin) Asiyaya yürüşü zamanı Azərbaycan Türkləri bərabər Dünya tarixçilərinin sami xalqı hesab etdyi Babilin və öntürk olmadığını qəbul Elamın da əhalisi müqavimət göstərməmişdilər. (“Qələbədən sonra İskəndər müqavimətsiz Babil və Elamın paytaxtı Suz şəhərlərini zəbt etdi, şah xəzinəsini ələ keçirdi”.Akad. Ziya Buyadov. “Azərbatcan tarixi”, səh-148). Elam da ƏrEylərin-Arilərin qədim yurdudur. (“A.Traçevski yazır ki, Elamın qədim sakinləri olan suzlular Kam mənşəli Kuş övladlarıdır” Prof.Dr. İlhami Cəfərsoy “Arilərin türk mənşəyi”, səh-102). Atropatın(OdərBağı) Aleksandrın tərəfinə keçib haxamanişlərə qarşı döyüşməsi faktı onu deməyə əsas verir ki, o buraya bir xilaskar kimi yürü etmişdir. Dünyanın Dahi şairi və ən Müdrik İnsanı Babamız Nizami onu Dünyada ədaləti bərba edən fateh kimi təsvir etmişdir! (Təvəkgül Nəbioğlu)
Makedoniyalı İsgəndər ata xəttilə Karan, ana xəttilə Aran nəslindəndir. Karanlar əvvəllər Kiçik Asiyada yaşamış, oradan Yunanıstana, daha sonra Makedoniyaya köçmüşlər (Роллен 1751, s.276; Архимандрит Иероним 1883, s.57–58).
Vilhelm Vaqner yazır ki, Karanın ulu babası Temen Kiçik Asiyanın güclü tayfa başçılarından biri idi (Вильгельм Вагнер 1901, s.716).
“Yunan ədəbiyyatı tarixi”nin 1872-ci il nəşrində yazılıb ki, Karan Balkan yarımadasına skiflərin ölkəsindən köçüb gəlmiş, e.ö. 794-cü ildə Makedoniya çarlığının əsasını qoymuşdur (История греческой литературы 1872, s.123–124). Yunanlar Attika əhalisinin bir qoluna Kranay deyirdilər (Eskil 2006, s.197). Karanay – Karan övladları deməkdir.
Karan övladları Makedoniyaya köçənə qədər yunanlarla vuruşur, Afina, Fiv, Sparta şəhər - dövlətlərinə xərac verirdilər (История греческой литературы 1872.s.124;
Архимандрит Іероним 1883.s.57-58). Onlar yunanlardan uzaqlaşaraq dağlardan aşdılar və indiki Makedoniyaya gəlib çıxdılar. Kvinta Kursiya yazır ki, Karan H’Erakl nəslindən Temen övladıdır. Temen əvvəllər arqeylərin ölkəsində çar olmuşdur (Квинта Курция 1914.s.13-14). Karan nəsli kimi H’Erakl övladları da yunan deyildilər (bax: H’Erakl yunan deyil).
XAN - Karandan sonra oğlu Xan 12 il Makedoniyanın çarı oldu. Bəzi yunan salnaməçiləri onu Kan, bəziləri Ken adlandırırlar (Квинта Курция 1750.s.13). Xanın oğlunun adı Alket idi. O, 29 il hakimiyyətdə olmuşdur (Квинта Курция 1750.s.14).
ALGET - İberiyanın bir mahalı Alget adlanırdı. Bu da onunla bağlıdır ki, Makedoniyalı İsgəndər İberiyanı tutanda öz yaxın qohumu Aran nəslindən Algeti İberiyanın bir vilayətinə hakim təyin etmişdi. Alget mahalın gürcüləşdirilmiş adıdır.
Karan Aran nəsillərindən biridir.(Prof.Dr. İlhami Cəfərsoy)
Filippin oğlu Aleksandr e.ə. 334-cü ildə bu yürüşü davam etdirdi. İs qələbəsindən sonra İskəndər bütün Kiçik Asiyanı tutub Misirə, oradan isə Liviyaya getdi. O, Liviyada qədim misirlilərin və yunanlıların sitayiş etdikləri Amon məbədini ziyarət edir. Guya Amon kahinləri (orakulları) ona xəbər verirlər ki, o, allahın oğludur və bütün Yer kürəsinin hökmdarı olmalıdır.İskəndər tutduğu ölkələrdə özünü işğalçı kimi deyil, qanuni “varis” hökmdar kimi aparır, köhnə idarə üsullarını saxlayır, yunanlar və makedoniyalılarla bərabər yerli zadəganlara da vəzifə verirdi. O, öz döyüşçülərinin yerli əhali ilə yaxınlaşması üçün xüsusi tədbirlər həyata keçirir, onların yerli qızlar ilə evlənməsinə və Şərqdə məskunlaşmalarına şərait yaradırdı. İskəndər süvari qoşunlarının baş sərkərdəsi Perdikkini atəşpərəstlərin atropatı (baş kahini) olan Kiçik Madanın satrapının qızı ilə evləndirmişdi. İskəndər yunan alimlərini, bacarıqlı ustalarını Şərq ölkələrinə aparır, yunan mədəniyyətinin Şərqə yol almasına şərait yaradırdı. Nəticədə qarışıq yunan – şərq mədəniyyəti yaranır. Bu mədəniyyət qədim Elladanın adı ilə bağlı olaraq, “elin mədəniyyəti” adı ilə tarixə düşmüşdür.(Qəzənfər Rəcəbli Tarixçi Alim)
E.ə. 332-ci ilin noyabrında Misir döyüşsüz təslim oldu. Misir əhalisi İskəndəri xilaskar kimi qarşıladılar. Hətta Misir kahinləri onu firon elan edərək Amon allahının oğlu kimi tanıtdılar. Makedoniyalı İskəndər Misirə daxil olarkən ölkənin fironlarının etdiyi kimi, Misirdə, Kiçik Asiyada və hətta Yunanıstanda da böyük nüfuzu olan məşhur Amon allahı ora kulunu ziyarət etmişdi1 və buna görə də Misir kahinləri İskəndəri «Amonu sevən», Ra allahının oğlu və ölkənin qanuni fironu elan etmişdilər. Nizami "İskəndərnamə"ni yazarkən, ən etibarlı mənbə kimi Flavi Arriana daha çox müraciət etmişdir. Arrianın verdiyi məlumata görə, İskəndər “Qafqaz üzərindən keçib Kaspi keçidinin o tayına adlamışdı." İskəndərin (e.ə.334-324)10 illik hərbi yürüşləri Hindistanda bitdi. İskəndərin hökmranlığı dövründə, həm də onun ölümündən sonrakı ilk illərdə mövcud olan siyasi vəziyyət bütün Şərq ölkələrinin, o cümlədən Azərbaycanın tarixində mühüm rol oynadı. Məhz İskəndərin ölümündən sonra onun imperiyasının dağılması ilə Azərbaycanın tarixi torpaqlarında - cənubunda Atropatena, şimalında isə Albaniya dövləti kimi qədim Azərbaycan dövlətləri təşəkkül tapdı. Bu, Azərbaycan xalqının təşəkkülü prosesinin yeni mərhələsinin başlanğıcı oldu.(Məlahət Paşayeva, Tarixçi Alim)
Katolik keşişlər Misirin Arian mənşəli yepiskopları ilə gərgin mübarizə şəraitində xristian tannçılığının Avropaya yayılmasının qarşısını aldılar (Мурад Аджи 1998. s.100- I 14; Мурад Аджи 2006. s. 119).
Kam mənşəli Kuş (qartal) övladları Misirə gələnə qədər yerli aborigenlər Nil vadisində ilanlarla, qurbağalarla qidalanırdılar. Aran və Koreş (qüreyş) müdrikləri onlara buğda əkməyi, un üyütməyi, suvarma kanalları çəkməyi öyrətdilər (Cəfərsoy 20I5.S.I93-198).
İ.İ.Şopen hələ 1866-cı ildə Peterburqda nəşr etdiyi “Qafqaz və onun qədim sakinləri haqqında yeni məlumatlar” kita bında yazırdı ki, eradan qabaq XXVIII-XXIX əsrlərdə Misirdə fironluq etmiş İr və Aran nəsillərinin qalıqları indiki türkmənlərdir (Шопен 1866. s.95, 279, 329).(prof.dr.İlhami Cəfərsoy, «Arilərin türk mənşəyi»)
Bu dövrdə Madada, xüsusən Cənubi Azərbaycanda, eləcə də Şimali Azərbaycanda vəziyyətin necə olduğu haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Biz Qavqamela vuruşmasından sonra Atropatla III Daranın qarşılıqlı münasibətlərinin necə olduğunu bilmirik. Lakin güman etmək olar ki, onların arası dəyməmişdi, çünki III Dara Aleksandrla mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Kadusilərdən və skiflərdən (skiflər dedikdə, sakesinlər nəzərdə tutulmalıdır) köməyi də Madada gözləyirdi. Deməli, Atropat və onun müttəfiqləri III Daranın tərəfini saxlayırdılar. Bunu Aleksandrın Atropat əleyhinə hərəkətləri də sübut edir. Aydınlaşdı ki, Atropatla ittifaqda olan kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Görünür, Atropat özü də şahənşahın tərəfini saxlamamışdı. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada həlak oldu. Artıq Aleksandr Madaya hücumu zamanı Atropat ona öz loyallığını dəlillərlə sübut etmişdi. Bu baxımdan mühüm bir cəhət də ondan ibarətdir ki, Ekbatana yunan-makedoniyalılara müqavimət göstərməmiş və ələ keçirilən İran xəzinəsi buraya gətirilmişdi. Bütün bunlar eyni bir zəncirin halqaları olub sübut edirdi ki, Atropat öz siyasətini dəyişdirib Aleksandrın tərəfinə keçmişdi. Təsadüfi deyil ki, Atropat tezliklə (e.ə. 328-ci ildə) əvvəlki vəzifəsinə qaytarıldı. Əhəməni imperiyası tamamilə dağıldı. (adak. İqrar Əliyev)
Təvəkgül Nəbioğlu




