ABŞ Xarq adasını desant gəmisi xarab olduğu üçün ələ keçirə bilməyib - YENİ İDDİA
Bu gün, 12:08
ABŞ-yə məxsus "USS Boxer" universal desant gəmisi İrana qarşı hərbi əməliyyatın ilk həftələrində sıradan çıxaraq, ən kritik məqamda döyüş tapşırıqlarında iştirak edə bilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "Newsmax" telekanalı məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Ştatlar İranı dənizdən mühasirəyə aldığı və Xarq adasını ələ keçirməyi planlaşdırdığı vaxt göyərtəsində dəniz piyadalarının 11-ci ekspedisiya dəstəsi olan "USS Boxer" mühərrikində yaranmış nasazlıq səbəbindən fəaliyyətini dayandırıb. Yaxın Şərqə doğru irəliləyən desant gəmisinin təmirə ehtiyacı olduğu qeyd edilib. Nəticədə, gəmi və minlərlə dəniz piyadası Ərəbistan dənizindəki Amerika qruplaşmasını gücləndirmək əvəzinə, Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı müştərək ABŞ-Britaniya bazasında təmir işlərinin başa çatmasını gözləməyə məcbur olub.
Adı açıqlanmayan amerikalı rəsmi telekanala müsahibəsində bildirib ki, "USS Boxer" çox vacib bir dövrdə müvəqqəti olaraq sıradan çıxıb. "Newsmax" mənbələrinin qiymətləndirməsinə görə, bu hadisə ABŞ rəhbərliyini İrana qarşı alternativ tədbirlər görmək imkanından məhrum edib.