Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb

Bu gün, 15:44           
Təmir xərcləri ən aşağı olan 5 avtomobil açıqlanıb
"Insurance Panda" təmir xərcləri ən aşağı olan avtomobillərin siyahısını dərc edib.

Araşdırmaya görə, ehtiyat hissələrinin asan tapılması, texniki xidmətin sadəliyi və yüksək etibarlılığı ilə seçilən modellər uzunmüddətli istismarda sahiblərinə əhəmiyyətli maliyyə üstünlüyü qazandırır.

Siyahıda ilk yerdə 2026-cı il model "Kia Soul" qərarlaşıb.

Avtomobilin başlanğıc qiyməti 20.490 ABŞ dollarıdır.

Model üçün əyləc sisteminin dəyişdirilməsi 294–340, mühərrik yağının dəyişdirilməsi 129–159, alışdırma şamlarının dəyişdirilməsi isə 235–293 ABŞ dollarına başa gəlir.

"Kelley Blue Book"un məlumatına görə, istehsalçı hər 7.500 mildən bir mühərrik yağının dəyişdirilməsini, təkərlərin rotasiyasını və texniki mayelərin yoxlanılmasını tövsiyə edir.

İkinci yerdə 22.925 ABŞ dolları başlanğıc qiymətinə malik "Toyota Corolla" yer alıb.

Model üçün əyləc sisteminin təmiri 292–344, yağın dəyişdirilməsi 131–160, alışdırma şamlarının yenilənməsi isə 182–261 ABŞ dolları arasında dəyişir.

Sintetik mühərrik yağı sayəsində avtomobil yağ dəyişdirilməsi olmadan 10 min milədək məsafə qət edə bilir.

Siyahının üçüncü pilləsində "Honda CR-V" qərarlaşıb.

Modelin başlanğıc qiyməti 30.920 ABŞ dollarıdır. Əyləc sisteminin dəyişdirilməsi 257–311, yağın dəyişdirilməsi 122–149, alışdırma şamlarının dəyişdirilməsi isə 169–245 ABŞ dollarına başa gəlir.

Qeyd olunur ki, tam ötürücülü versiyaların təmiri ön ötürücülü modellərlə müqayisədə daha mürəkkəb olsa da, modelin geniş yayılması texniki xidməti daha əlçatan edir.

Dördüncü yerdə 23.995 ABŞ dolları başlanğıc qiyməti olan "Volkswagen Jetta" yer alır.

Model üçün əyləc sisteminin dəyişdirilməsi 238–302, mühərrik yağının dəyişdirilməsi 151–174, alışdırma şamlarının dəyişdirilməsi isə 196–311 ABŞ dolları təşkil edir.

Bu modelin texniki xidmət üçün "Volkswagen" markasının ən sərfəli avtomobillərindən biri olduğu bildirilir.

İlk beşliyi 28.550 ABŞ dolları başlanğıc qiyməti ilə "Toyota Prius" tamamlayır.

Modeldə əyləc sisteminin dəyişdirilməsi 294–345, mühərrik yağının dəyişdirilməsi 136–165, alışdırma şamlarının dəyişdirilməsi isə 256–356 ABŞ dollarına başa gəlir.

Məlumata görə, sintetik mühərrik yağı istifadə olunduğundan yağ və filtr adətən hər 10 min mildən bir dəyişdirilir. Avtomobilin uzunmüddətli istismarında ən böyük xərc isə hibrid batareyanın yenilənməsi hesab olunur.

Araşdırmada vurğulanır ki, istehsalçının tövsiyə etdiyi texniki xidmət qrafikinə əməl edilməsi, mühərrik yağının və digər texniki mayelərin vaxtında dəyişdirilməsi, eləcə də köhnəlmiş hissələrin yenilənməsi bu avtomobillərin istismar xərclərinin aşağı səviyyədə saxlanmasına və xidmət müddətinin uzadılmasına kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru