Dağıstan-Azərbaycan sərhədində saxlanılan azərbaycanlı kimdir? - VİDEO

22-08-2025, 08:18           
Dağıstan-Azərbaycan sərhədində saxlanılan azərbaycanlı kimdir? - VİDEO
Mənbə: Azadlıq Radiosu

Rusiya xüsusi xidmət orqanları iddia edir ki, oğurlanmış məxfi sənədləri ölkədən çıxarmaq istəyən xarici vətəndaş saxlanıb.

Dağıstanın "Yaraq-Kazmalyar" buraxılış məntəqəsində Rusiya-Azərbaycan sərhədini keçərkən saxlanılan Yadulla Rufullayevin vətəndaşlığı qeyd edilmir.

Sosial şəbəkələrdə yayılan əməliyyat çəkilişindən aydın olur ki, o, azərbaycanca danışır, rusca pis bilir.

Ona aid olduğu deyilən yük maşınında Azərbaycan pasportu tapılıb.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, saxlanılan şəxsi Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məxfi əməkdaşlığa cəlb edib və "Rusiya hərbi-sənaye kompleksinin sirr daşıyıcılarından birinə hücum nəticəsində" əldə olunmuş xidməti materialları çıxarmağa cəhd göstərib. İddialara görə, SBU agenti olduğu bildirilən qardaşının göstərişi ilə hərəkət edən Rufullaev sonradan Ukraynaya göndərmək məqsədilə Kurqan vilayətində xəlvəti yerdə saxlanan sənədləri və mobil telefonunu götürüb.

Həmin görüntülərin hansı şəraitdə çəkildiyini, etirafların həqiqiliyini müstəqil mənbələrdən yoxlamaq imkanı yoxdur.

Y.Rufullayev barəsində "düşmənə yardım etmək" maddəsi ilə cinayət işi açılıb və həmin maddə 15 ilə qədər həbs cəzası nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru