Axşam saat 18:00-dan sonra yemək ziyan deyilmiş

11-11-2025, 12:08           
Axşam saat 18:00-dan sonra yemək ziyan deyilmiş
"Axşam saat 18:00-dan sonra yemək sağlamlığa ziyandır" fikrinin elmi əsası yoxdur. Əsas qayda axşam yeməyini yatmazdan ən geç üç saat əvvəl bitirməkdir".

Bunu həkim-terapevt Yekaterina Ladıqina "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, axşam saat 18:00-dan sonra yemək olar və yemək lazımdır:

"Məsələ ondadır ki, həzmin normallaşması üçün son yeməyi yatmazdan qabaq üç saatdan gec olmayaraq yemək məsləhətdir. Bu vacibdir. Amma insan orqanizmi fərqli olduğuna görə qidalanma rejimi ilə bağlı tövsiyələr fərdi xarakter daşıyır".

Ladıqina qeyd edib ki, axşam yeməyinin tərkibində nişastasız tərəvəzlər şəklində karbohidratlarla zülal olmalıdır:

"Yaşıl salatla balıq tikəsi, pörtülmüş tərəvəzlərlə bir tikə ağ ət və ya buna bənzər bir şey. Ümumi porsiya mədə həcminə görə 350 qrama qədər olmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru