Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - VİDEO

Bu gün, 12:38           
Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - VİDEO
İki gün öncə 29 yaşlı şəxsin liftdə autizmli uşağa fiziki zorakılıq göstərməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb və onun sağlamlıq durumu nəzərə alınaraq, müvafiq tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində addımlar atılıb.

Araşdırmalar zamanı məlum olub ki, bu əməli törədən şəxs özəl kurslardan birində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Bu fakt ictimaiyyətdə ciddi suallar doğurur: psixoloji durumu yerində olmayan biri necə müəllim kimi çalışa bilər və kurslarda işə qəbul prosesinə kim nəzarət edir?

Oxu.Az xəbər verir ki, bu suala Baku TV-nin videomaterialında cavab tapılıb.



Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, ölkədə fəaliyyət göstərən yüzlərlə özəl kursa birbaşa nəzarət qurum tərəfindən həyata keçirilmir. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, özəl kursların işə qəbul prosedurları fərqlidir: bəziləri müsahibə, bəziləri isə açıq dərs və imtahan nəticələri əsasında işə götürür. Ekspert vurğulayır ki, qanunvericilik çərçivəsində, xüsusilə psixoloji vəziyyətlə bağlı tələblərə ciddi şəkildə riayət olunmalıdır.

Hüquqşünas Vüsal Cəfərov isə bildirir ki, qanunvericiliyə əsasən, psixoloji problemi və ya psixi pozuntusu olan şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması yolverilməzdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti müəyyən edilmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru