Dörd dənə tabutu götürüblər elədən eləyə sürüyürlər, belədən beləyə.

Dünən, 16:22           
Dörd dənə tabutu götürüblər elədən eləyə sürüyürlər, belədən beləyə.
Dörd dənə tabutu götürüblər elədən eləyə sürüyürlər, belədən beləyə. Özləri də nə etdiyinin fərqində deyillər.
Məqsəd nədir? Kütləni manipulyasiya etmək, ideoloji zənciri möhkəmləndirmək. Kütləyə yeni hekayə uydurmaq, yeni bir cəhalət elementiylə emosional kütləni qidalandırmaq.
Üç ay əvvəl vəfat etmiş adamın tabutunu şəhər-şəhər gəzdirən təfəkkür nə cəmiyyət quracaq? Bir əsr insanlara dindən, şəriətdən danışan, rəhbər hesab edilən adamın təmsilçisi olduğu dinin heç bir əsas nümayəndəsi bu tərzdə dəfn olunmayıb. Əksinə, maddiyat, nüfuz göstərişinə qarşı gəliblər.
Bu, nə dindir, nə məzhəbdir, nə əqidədir. Hindistan mistik kültürlərinin dovğa kimi qarışdırıldığı qazandır. Bu dinin at, tabut, taxt bəzəyib, meydanda gəzdirmək kimi nə hökmü var, nə izni var, nə də ənənəsi.
Adama deyən olar, sənə nə? Mənə təsir edən tərəfi odur ki, bütün bunlar mənim ölkəmin burnunun dibində baş verir və bizim insanımıza da təsir edir. Bu hadisələrin cərəyan etdiyi ölkədə mənim 35-40 milyon kültürəl geni dəyişdirilmiş soydaşım var. Təəssüf ki, onların da mühim hissəsi bu cəhalətə dəstək verir. Səttarxanın, Bağırxanın goru çatlayır.
Orta Asiyanın bozqırlarında at oynadan millət gəlib burada oturaqlıq qazanıb, onlarla dövlət qurub. Amma bu mərhələdə mədəniyyət yaratmaq, inkişaf etmək, sivil dünyaya inteqrasiya etmək əvəzinə Hindistan mistiklərinin əsirinə çevrilib. Əlində kitab, beynində praqmatik düşüncə gəzdirmək əvəzinə, qoca bir kişinin tabutunu əlinə alıb, meydan-meydan qışqırır.
ABŞ məlum adamı qətlə yetiməklə bizə də, bu coğrafiyaya da 50-100 il sonra üçün yeni bir cəhalət hekayəsi yaratdı. Növbəti ziyarətgahın əsasını qoydu.
Bir tərəfdən deyirlər, adam sadə həyat tərzi sürüb, daxma kimi evdə yaşayıb, digər tərəfdən tabutunu götürüb, şəhər-şəhər gəzdirirlər. Bəlkə də adam doğrudan da elə olub, amma bu fanatiklik bizə sadə adam mənzərəsi yox, nüfuz sərgiləmək məqsədini sərgiləyir.
Və bunda bizimkilərin payı da az deyil. Bu coğrafiyada məlum din, məzhəb, ideoloji bağlılıq eyni kültürəl kimliyi təmsil edənlərin milli ənənəsidir. Amma bu ənənənin bu coğrafiyada döblətlər yıxıb, dövlətlər quran kimliklə heç bir əlaqəsi yoxdur. Elə bu səbəbdən də o kimliyi din, məzhəb, ideoloji bağlılıq vasitəsilə tabe ediblər. Zamanında fərqli metodları sınaqdan keçirib, uğur qazana bilməyiblər. Sonunda ideoloji yolla bunu bacarıblar.
Orta Asiyanın bozqır süvarisini atdan düşürüblər, qumun üstündə ayaqyalın yol getməyi özünə kültür deyə təyin edib. Cəmiyyət bütöv orqanizmdir. Sənin fikrinə yad olanları silib, ata bilməzsən. Amma bu yadlıq da cəmiyyət olmağa maneə olur. Nə sən cəmiyyət ola bilirsən, nə qarşındakı. Dərdimin nə olduğu yəqin ki, anlaşılar...
Sahib Altay












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru