Çində qeyri-adi məhkəmə prosesi: Şirkətin tutarlı sübutları qəbul edilməyib

11-11-2025, 15:38           
Çində qeyri-adi məhkəmə prosesi: Şirkətin tutarlı sübutları qəbul edilməyib
Çində qeyri-adi məhkəmə prosesi keçirilib.

Oxu.Az SCMP-yə istinadən xəbər verir ki, bir şirkət ayaq ağrısı səbəbi ilə xəstəlik məzuniyyətinə çıxan şəxsi işdən qovub.

Buna səbəb ayağı ağrıyan şəxsin həmin gün 16 min addım atması göstərilib. Üstəlik, o, küçə ilə ofisə qaçarkən kameraya düşüb.

İşçi ədalətsiz şəkildə işdən çıxarıldığını iddia edərək, şirkəti məhkəməyə verib və qalib gəlib.

Xəbərdə bildirilir ki, işçi fevral ayında belindən xəsarət alıb, həkimə müraciət edib və diaqnoz əsasında bir aylıq məzuniyyətə göndərilib.

Daha sonra o, ofisə qayıdıb, lakin günün yarısından az bir müddətdə onu xəstəxanaya qaytarıblar - bu dəfə sağ ayağındakı ağrı səbəbindən. Həkimlər ona daha bir həftə istirahət etməyi məsləhət görüblər. Yeddi gündən sonra o, eyni şikayətlərlə xəstəxanaya qayıdıb. Onun xəstəlik məzuniyyəti rəsmi olaraq daha bir neçə gün uzadılıb. İşçi həkimdən aldığı bütün sənədlərini səliqəli şəkildə şirkətə təqdim edib.

Məhkəmənin qərarına görə, şirkət keçmiş işçisinə 16 700 dollar təzminat ödəməlidir.

Bundan sonra şirkət özü işçisinə qarşı iddia qaldırıb.

Məhkəməyə işçinin xəstəlik məzuniyyətində olduğu müddətdə şirkətə doğru qaçdığı görüntülər də təqdim edilib. Şirkət çinli şəxsin həmin gün 16 min addım getdiyini göstərən bir proqram qeydini də məhkəməyə sübut kimi göndərib. Şirkətin işçinin telefonuna necə daxil olduğu göstərilməyib.

İşçinin bütün xəstəxana sənədləri, arayışlar, kürəyinin və ayağının rentgenoqrafiyasının əlavə etdiyini xəstəlik məzuniyyətinin tamamilə qanuni olduğu təsdiqlənib.

İki prosesindən sonra məhkəmə şirkətin əleyhinə qərar çıxarıb və əməkdaşın işdən qovulmasını qanunsuz hesab edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru