Hansı insanlara xırnik yemək olmaz? - Rusiyalı həkim izah edir

11-11-2025, 17:38           
Hansı insanlara xırnik yemək olmaz? - Rusiyalı həkim izah edir
"Şəkərli diabeti olan insanlar xırnik (xurma) yeməyi məhdudlaşdırmalıdırlar. Səbəb bu meyvənin tərkibində şəkərin miqdarının çox olmasıdır".

Oxu.Az xəbər verir ki, bunu həkim-qastroenteroloq Yelena Pexotina "RİA Novosti" agentliyinə deyib.

Onun sözlərinə görə, həddindən çox xırnik qəbulu qəbizlik və qanda qlükoza səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

"Şəkərli diabeti olan və qəbizliyə meyilli insanlar xurmanı məhdud miqdarda qəbul etməlidirlər, gündə bir və ya iki kiçik ədəd".

Məhdudiyyətlərə baxmayaraq, xurma antioksidantlar, karotinoidlər, C vitamini və kaliumla zəngin faydalı bir məhsul olaraq qalır. O damarları gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaq və immun sisteminin işinə müsbət təsir göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru