Qoruyucu daş "qalxan"... Suyu sağlamlığa təhlükə yaratmayacaq şəkildə daş qablarda saxlayırdılar - Video

13-11-2025, 15:24           
Qoruyucu daş "qalxan"... Suyu sağlamlığa təhlükə yaratmayacaq şəkildə daş qablarda saxlayırdılar - Video
Qədim dövrlərdə insanlar suyu qablarda saxlayırdılar. Lakin bəzi mədəniyyətlərdə bu təcrübə olsa da, həmişə daş küplərdə saxlamırdılar. Məsələn; Laosda məqsədi hələ də tam bəlli olmayan sirli nəhəng daş küplər vardı, lakin onlardan məişət suyu saxlama üçün istifadə edilmədiyi ehtimal olunurdu.
Qayaya oyulmuş və ya daş bloklardan hazırlanmış daş çənlər evin yaxınlığında su saxlamaq və yağış suyu toplamaq üçün istifadə olunurdu. Qədim Roma kimi daha inkişaf etmiş sivilizasiyalarda artıq axar su sistemləri mövcud idi.

Daş qablar həm də təhlükəsizlik baxımından su saxlamaq üçün əlverişli idi. Çünki təbii daş oyuğunda, daş quyuda, daşdan oyulmuş qablarda olan su günəş şüaları ilə reaksiyaya girdiyi zaman belə əks təsir yaratmır, sağlamlıq üçün təhlükə mənbəyinə çevrilmirdi.

Ümumiyyətlə, qədim dövrdə daş qab su saxlamaq üçün ən uyğun üsul olub. Arxeoloji qazıntılar zamanı aşkarlanan daş su qablarının bu gün də nümunələrinə rast gəlinir. Belə nümunələrdən biri də "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda sərgilənməkdədir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru