Dünya okeanındakı tankerlərdə təxminən bir milyard barel neft yığılıb

13-11-2025, 16:38           
Dünya okeanındakı tankerlərdə təxminən bir milyard barel neft yığılıb
Avqust ayından etibarən dəniz və okeanlardakı tankerlərdə təxminən 1 milyard barel neft toplanıb.

Bu barədə "Bloomberg" agentliyi "Vortexa", "Kpler" və "OilX" şirkətlərinin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, bu həcmin əhəmiyyətli hissəsi sanksiya altında olan ölkələrin neftinə aiddir. Ümumi neft miqdarının 20%-dən 40%-dək hissəsi Rusiya, İran və Venesueladan olan yanacağın payına düşür.

Qeyd edilir ki, bu yığılma hasilatın Rusiyada artması və sanksiyaların təsiri ilə bağlıdır, çünki dünyanın bir çox limanı belə nefti qəbul etməkdən imtina edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru