Çinli alimlər dünyada ilk dəfə bitkilərdə nadir torpaq metalları aşkarlayıblar

13-11-2025, 17:14           
Çinli alimlər dünyada ilk dəfə bitkilərdə nadir torpaq metalları aşkarlayıblar
Çin Elmlər Akademiyası nəzdindəki Quançjou Geokimya İnstitutunun tədqiqatçıları dünyada ilk dəfə olaraq canlı bitkilərdə nadir torpaq elementləri aşkar ediblər.

Oxu.Az bu barədə "China Daily" nəşrinə istinadən xəbər verir.

Alimlər nadir torpaq elementlərinin minerallaşması ilə bağlı qeyri-adi fenomeni qıjıkimilərdə, xüsusilə də həmişəyaşıl "Blechnum orientale" növündə müşahidə ediblər.

Tədqiqatçılar onun toxumalarında monasit adlı mineralın əmələ gəldiyini müəyyənləşdiriblər. Monasitin tərkibində lantan elementi (La) mövcuddur.

Monasitdən alınan nadir torpaq metalları elektronika, energetika və yüksəktexnologiyalı materialların istehsalı sahələrində geniş istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru