Nəsiminin yeni icra başçısı bu məşhur şəxsin nəvəsidir – FOTO

14-11-2025, 07:24           
Nəsiminin yeni icra başçısı bu məşhur şəxsin nəvəsidir – FOTO
Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov ötən gün Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Nəsimi rayonunun icra başçısı vəzifəsinə təyin edilib.

TEREF xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, E.İbrahimov Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə gətirilmişdi. Həmin təyinatadək o, Şamaxının icra başçısının müavini işləyirdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru