Bir dəqiqəsi 88 dollara başa gələn uçuş - Dünyanın ən bahalı təyyarə biletləri

22-11-2025, 10:24           
Bir dəqiqəsi 88 dollara başa gələn uçuş - Dünyanın ən bahalı təyyarə biletləri
Dünyanın ən lüks aviaşirkətləri tərəfindən təklif olunan birinci dərəcəli uçuşların qiyməti 66 min dollara qədər yüksəlir. Almaniyanın aviaşirkəti ALPEN AIR tərəfindən aparılan araşdırma isə dünyanın ən bahalı planlı reyslərini və birinci dərəcəli xidmət paketlərini müqayisə edib.

Analiz göstərir ki:

Dünyanın ən bahalı planlı birinci dərəcəli uçuşunu Etihad Airways Nyu-York–Abu-Dabi marşrutunda həyata keçirir – bir yerin qiyməti təxminən 66 000 dollardır.

Araşdırmaya görə, ən bahalı uçuşlarda sərnişinlər hər dəqiqə üçün 88 dollar ödəyirlər.

Valyuta.az xəbər verir ki, Etihad Airways, Emirates, Korean Air, Cathay Pacific və Virgin Atlantic ən yüksək qiymətli lüks uçuşlar təklif edən şirkətlərdir.

“The Residence”: 430 kvadratlıq hava lüksü – 66 min dollar

Etihad Airways-in “The Residence” adlı birinci dərəcəli konsepti hazırda dünyada ən bahalı planlı uçuş təcrübəsidir. Airbus A380-də yerləşən 430 kv.m sahəsi olan bu xüsusi bölmə ayrıca yataq otağı, şəxsi vanna otağı və fərdi xidmətçi ilə təmin olunur.

Marşrut: Nyu-York (JFK) – Abu-Dabi (AUH)

Uçuş müddəti: 12 saat 30 dəqiqə

Qiymət: 66 000 dollar (dəqiqəsinə 88 dollar)

Xidmətlərə hava limanına sürücü xidməti və şəxsi xidmətçi daxildir.

Emirates: Spa-lı birinci dərəcə 31 min dollarlıq uçuş

Emirates-in Los-Anceles–Dubay reysində birinci dərəcə biletlərin qiyməti 31 000 dollara çatır. Airbus A380-də uçan sərnişinlər lüks spa, eksklüziv kosmetik vasitələr və tam təchiz edilmiş duş kabinəsindən istifadə edə bilirlər.

Marşrut: Los Angles –Dubai

Uçuş müddəti: 16 saat

Qiymət: dəqiqəsinə təxminən 32 dollar

Korean Air: 28 min dollarlıq texnologiya və kino atmosferi

Korean Air-in Nyu-York–Seul reysi üzrə birinci dərəcə biletlər 28 000 dollara qədər yüksəlir. Sərnişinlər yüksək texnologiyalı əyləncə sistemləri, personal məxfiliyi və tam uzanan yataq funksiyası ilə təmin olunur.

Qiymət: dəqiqəsinə 29 dollar

Aviaşirkət Gediş Təyinat Uçuş müddəti Bilet qiyməti
1 Etihad Airways New York City/JFK Abu Dhabi/AHU 12:30 h 66,000 $
2 Emirates Los Angeles/LAX Dubai/DBX 15:55 h 31,000 $
3 Korean Air New York City/JFK Seoul/ICN 15:50 h 28,000 $
4 Cathay Pacific London/LHR Hong Kong/HKG 12:30 h 22,000 $
5 Virgin Atlantic London/LHR Los Angeles/LAX 11:20 h 22,000 $
Virgin Atlantic: Pəncərəsiz “mini First Class”

Virgin Atlantic-in Airbus A330 Neo təyyarələrində təqdim etdiyi yeni “Retreat Suite” isə pəncərəsiz olmasına baxmayaraq, 4 nəfərin rahatlıqla masa arxasında oturub yemək yeyə və oyun oynaya biləcəyi məkan təklif edir.

A350-də quraşdırılan “The Loft” lounge 8 nəfərlik sosial zona təqdim edir.

Marşrut: London–Los-Anceles

Bir gediş bileti: 22 000 dollar (dəqiqəsinə 32 dollar)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru