Parlaq və canlı: Dünyanın ən yaxşı turistik küçələri açıqlandı - TOP-10

22-11-2025, 12:24           
Parlaq və canlı:
Hər şəhərdə turistləri qaçınılmaz olaraq cəlb edən küçələr var. Bəzilərinə dünyaca məşhur görməli yerləri görmək üçün gəlirlər, bəzilərinə ən yaxşı restoranlar üçün, bəzilərinə isə orijinal alış-veriş və ya bayram atmosferini yaşamaq üçün.

"Time Out" turizm və əyləncə jurnalı 2025-ci ildə turistləri xüsusilə cəlb edən və gələcəkdə də maraq doğuracaq dünyanın ən yaxşı turistik küçələrini seçib. Ümumilikdə siyahıya müxtəlif ölkələrdən 31 küçə daxil edilib.

"Əgər siz həqiqətən yeni şəhəri onun ən autentik həyat tərzində yaşamaq istəyirsinizsə, ən yaxşı yol küçələrə çıxmaqdır. Və xeyr, söhbət eyni mega marketlər və adi kafelərlə dolu əsas küçədən getmir. Biz yerli sakinlərin sevdiyi dar küçələr və canlı prospektlər haqqında danışıırıq; müstəqil dükanlarla və yaradıcı insanlarla dolu yerlər, burada Hi-Fi musiqi çalan yeni bar ilə köhnə tipli ərzaq dükanı və ya əsrlik tarixi olan pub eyni məkanda yerləşir", deyə reytinqin müəllifləri bildirir.

Qalibləri müəyyən etmək üçün jurnalda dünyanın müxtəlif yerlərindəki yerli redaktorlar və ekspertlər şəbəkəsi cəlb olunub. Hər bir küçə qida, içki, mədəniyyət, əyləncə və ictimai ruh kimi meyarlara görə qiymətləndirilib.

Birinci yer Braziliyanın ən məşhur şəhəri Rio-de-Janeyroda yerləşən Rua do Senado küçəsinə verilib.

"Əvvəllər antik dükanları və bohem atmosferi ilə məşhur olan Rua do Senado küçəsi indi stilistik yenidənqurma dövrünü yaşayır. 1907-ci ildən fəaliyyət göstərən klassik Armazem Senado restoranı hələ də soyuq birbaşa tökülən pivə təqdim edir, şənbə günləri isə burada canlı samba dərsləri keçirilir. Amma tarixi townhauslar və ənənəvi barlarla yanaşı, küçədə bu yerə təzə enerji verən çoxlu yeni müəssisələr də açılıb", deyə yerli müəllif Liviya Breves bildirib.

2025-ci ilin dünyanın 10 ən yaxşı küçəsi:

1. Rua do Senado, Rio-de-Janeyro, Braziliya.
2. Orange Street, Osaka, Yaponiya.
3. Rua do Bonjardim, Porto, Portuqaliya.
4. Fan Gua Street, Chengdu, Çin.
5. Sherbrooke Street West, Monreal, Kanada.
6. Monteqyu Roud, Brisben, Avstraliya.
7. Maybachhofer, Berlin, Almaniya.
8. Olympio Street, Saloniki, Yunanıstan.
9. Orchard Street, Nyu-York, ABŞ.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru