KTN 154 min manatlıq katric alacaq: Nazirlik nəşriyyat yaradır?
22-11-2025, 15:48
Kənd Təsərrüfatı Nazirliyi kartric doldurulması və yeni katriclərin satın alınması üzrə elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, tenderin qalibi “KAİNAT-PRİNT” MMC olub. Katric alınması ilə bağlı tərəflərin arasında bağlanılmış müqavilənin dəyəri 154 min 205 manat təşkil edib. Qeyd edək ki, son zamanlar ən çox tənqid edilən qurumlardan olan KTN-in belə böyük məbləğdə katric alması birmənalı qarşılanmır. Xüsusən əkinçilik və heyvandarlıq sahəsində yaşanan neqativ hallardan dolayı tənqid hədəfi olan nazirliyin keçirdiyi tenderi tənqid edilir.