"bacı, zəng vurdum, deyim, ehtiyatlı ol. Deyəsən, Püstəxanım 2-ci "kruqu" gəlir"

Bu gün, 12:54           
"bacı, zəng vurdum, deyim, ehtiyatlı ol. Deyəsən, Püstəxanım 2-ci "kruqu" gəlir"
Məşədi Əzizbəyovun nəvəsi, uzun illər Azərbaycan Tarix Muzeyinin direktoru işləmiş alakademik Püstəxanım Əzizbəyova və Hüseynqulu Sarabskinin oğlu Azər Sarabski imtahana hazırlaşır. Ötən əsrin 50-ci illəri.
Məşhur əhvalatdı. Deyilənə görə, Püstəxanım Əzizbəyova 5 dəfə ərə gedib. 1-ci, 2-ci, 3-cü... 4-cü və yenidən 1-ciyə qayıdıb...1-ci əri ilə ikinci dəfə evləndikdən sonra 2-ci ərinin ikinci arvadı 3-cü ərinin ikinci arvadına zəng vurub deyir ki, "bacı, zəng vurdum, deyim, ehtiyatlı ol. Deyəsən, Püstəxanım 2-ci "kruqu" gəlir"
Bu, həmin Püstəxanım idi ki, bir zamanlar Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımı ata mülkündə oturmağa həsrət qoymuşdu. Halbuki indiki Azərbaycan Dövlət Tarix muzeyinin yerləşdiyi bina bir zamanlar Hacı Zeynalabdinin şəxsi mülkü idi. Sara xanım o evdə doğulmuşdu, o evdə böyümüşdü... Ancaq ömrünün ahıl çağında nə zaman bu evə üz tutsa ona ruhi xəstə olduğu deyilirdi, qapıdan qovulurdu. Özü sağlığında danışırmış ki, mənim ən böyük arzum atamın günahsız olduğunu sübuta yetirmək və doğulduğum evin pilləkənlərində oturub doyunca ağlamaq idi. Ancaq Püstəxanım kimi qatı bolşeviklərdən törəmələr buna izin vermirdi. Bu, o Püstəxanım idi ki, babası Məşədi Əzizbəyov Hacının təqaüdü və vəsaiti hesabına təhsil almış, daha sonra Azərbaycan xalqının cümhuriyyətinə düşmən olmuşdu...
Məcid Rəşadətoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]