“Altay nəzəriyyəsi” niyə yaradıldı.
Bu gün, 12:14

XVI əsrdə Türklər öz qurduqları dövlətlər ilə dünya bütününü idərə edirdilər. İndiki Rusiyanın böyük bissəsi və Qazaxstanın quzeyidə Qizil Ordu imperiyası qurulmuşdu, doğu slavyan xalqlarıda ona tabe idi. Onun güneyində Çin və digər bölgələr nisbətən müstəqilliyini saxlamışdilar. Hindistan və onun quzeyıdə Babur imperiyası mövcud idi. Türküstanda Şeybani imperiyası qurulmuşdu. Ön Asiya mərkəzli Səfəvi iperiyası mövcud idi. Kiçik Asiyada bir ucu Quzey Afrika, bir ucuda Doğu Avropaya uzanan Osmanlı imperiyasının ən güclü dönəmləri idi. Yalnız Batı Avropa dövlətləri öz müstəqilliyi çox çətinliklə qoruyub saxlayırdılar. XVI sonunda Avropalılar Amerika qitəsini kəşf etdilər. Xilas yollarınınin biri kimi Amerikaya köçməyə başladılar. Yeganə ümidləri Türk dövlətlərinə özlərindən yaratmaq idi. Ona görə də hər vasitə ilə rus adlandırılan xalqa kömək edirdilər ki, özləri təhlükənin qarşısıə alsınlar. Belə də əslən Türk olan knyaz İvan Qroznu Qızıl Ordu imperiyasına tabe olan torpaqları öz ərazilərinə qatmağa başladı. XVII əsrdə artıq rusları bu imperiyalara təhdit kimi formalaşdırmışdılar. Artıq Rusiya Türklərə qarşı bir imperiya yaradılmasına nail olmuşdular. XVIII əsrdə Türklərin Mərkəzi Asiyaya və Ön Asiyaya gəlmə xalq kimi təqdim etmək üçün bir nəzəriyyə ortaya atdılar. Türk, monqol və mancur dilləri arasındakı bənzərlikləri elmi ədəbiyyatda ilk dəfə 1730-cu ildə isveçli zabit və tədqiqatçı İohann fon Ştralenberq qeyd etmişdir.
Altay nəzəriyyəsini (türk, monqol, tunqus-mancur, koreya və yapon dillərinin ortaq kökdən gəlməsi hipotezini) dəstəkləyən və onun əsasını qoyan ən məşhur Avropa alimləri Filipp İohan fon Ştablenberq, Vilhelm Şott (Almaniya), Mattias Kastren, Rasmus Kristian Rask (Danimarka), Mattias Aleksanteri Kastren (Finlandiya).
XX əsr tarixçiləri: Qustav Con Ramstedt (Finlandiya), Nikolas Poppe (Almaniya / Rusiya əsilli), Martti Räsänen (Finlandiya), Karl Haynrix Menges (Almaniya) və müasir dövrün müdafiəçisiMartine Robbeets (Belçika)
Altay dilləri nəzəriyyəsi qərb mənşəli olsa da, bu sahədə fəaliyyət göstərən ən tanınmış Çin tarixçiləri və tədqiqatçıları aşağıdakılardır:Wang Guowei, Lin Gan, Bai Cuiqin, Chen Sanping və Yao Weiyuandır.
Altay nəzəriyyəsini birbaşa dilçilik baxımından dəstəkləyən və ya bu mövzu ilə dərindən məşğul olan məşhur hind tarixçiləri yoxdur. Hind tarixçiləri Altay dillərini deyil, "Ari Miqrasiyası Nəzəriyyəsini" müdafiə edirlər.
Əsas Amerikalı alimlər Nikolas Poppe, Roy Endryu Miller, Karl Henrix Menges, Samuel Martin və Merritt Ruhlendir.
Rus alimləri bunlardır: Sergey Starostin, Vladislav İliç-Svitıç, Anna Dıbo, Oleq Mudrak, Nikolay Poppe, Karl Menges, Nikolay Andreev, Nikolay Baskakov və Boris Vladimirtsovdur. SSRİ türk xalqlarına o qədər də "məhəbbəti" ilə seçilmirdi və daha çox türklərin daima Monqolustan ərazisindən, Mərkəzi Asiyadan gəldiyi təbliğ olunurdu. Bu proses xalqların deportasiyası dönəmində daha çox qızışdı. SSRİ-də bir addım atılmazdan əvvəl onu "elmi baxımdan" əsaslandırmağa çalışırdılar. Qaraçayları, balkarları, Ahıska türklərini deportasiya edən zaman bunu belə əsaslandırıdılar - "siz oradan gəlmisiniz, ora da qayıtmalısınız". Eyni zamanda, Cənubi Qafqazda ən çox çoxsaylı xalq olan Azərbaycan türklərini gəlmə elan etməklə sanki onları buradan sıxışdırıb çıxarmağa çalışırdılar.
İran tarixçilərinin böyük əksəriyyəti Altay nəzəriyyəsini və türklərin qədim tarixini kiçiltməyə çalışır. Onlar Azərbaycanda və İranda yaşayan türklərin kökəninin "Altaylı" olmadığını, onların əslində asimilyasiyaya uğramış, dilləri türkləşmiş xalis farslar (azərilər) olduğunu iddia edirlər:
Əhməd Kəsrəvi: "Azəri yəni dili bəstane Azərbaycan" əsəri ilə İrandakı türklərin kökəninin Altaydan gəlmədiyini, onların sonradan dillərini dəyişmiş farsdilli bir qrup olduğunu iddia edərək Altay tezisini dolayısı ilə rədd etmişdir.
Qəbul edənSəid Nəfisi və Rza Səccadi: Türklərin regiondakı qədim izlərini silmək və onları sadəcə "Altaydan gələn köçəri işğalçılar" kimi qələmə vermək üçün nəzəriyyənin yalnız köç hissəsinə toxunmuş, lakin onların mədəni irsini inkar etmişlər.
Erməni alimlərinin Altay nəzəriyyəsini dəstəkləməkdə güddükləri əsas hədəflər bunlardır: Avtoxtonluq (Yerlilik) İddiası: Erməniləri Qafqazın yeganə qədim və yerli xalqı, azərbaycanlıları və digər türk xalqlarını isə sonradan gəlmiş köçərilər kimi göstərmək. Alban İrsinin Mənimsənilməsi: Qafqaz Albaniyası dövlətinin və onun əhalisinin (o cümlədən qədim türk elementlərinin) varlığını inkar edərək, bu ərazilərdəki xristian abidələrini erməni irsi kimi qələmə vermək. Tarixi Coğrafiyanın Saxtalaşdırılması: Azərbaycanın qədim dövlətlərinin (Manna, Midiya, Atropatena, Albaniya) türk köklərini gizlətmək üçün "türklər yalnız Altaydan gəlib" tezisini irəli sürmək.
Mənə elə gəlir ki, bu ölkələrdəki tarixçi alimlərin adını çəkmək bəs edir. Ona təcüblənirəm ki, budur Avropa alimləri bu nəzəriyyəni dövlətlərinin marağına görə yaradıb. Çinlilər, Amerikalılar və digərləri dəstəkləyib, Rusların Türk xalqlarının qədimliyi inkar etmək maraqların uyğun gəldiyi üşün daha da “təkmilləşdirdilər”. İrandakı fars adlandılan xalq bundan istifadə etməklə çox işlər görüb, Bizim torpaqlara sonradan köçüb , özlərinə qondarma tarix yaradanlar isə silah kimi çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. Bəs bu nəzəriyyəni dəstəkləyən Türk soylu alimlərin məqsədi nədir?
“Altay nəzəriyyəsi”ni dəstəkləyən Türk alimləri də çoxdur.
Böyük Atatürkün səylərinə baxmayaraq, onun dünyasını dəyişdikdən sonra Türkiyədə də təhrif olunmuş tarixlər qəbul olunmağa başladı. Türklərin qədim tarixini məhv etmək iddiaları elə bir səviyyəyə çatdı ki, hətta qədim Türk dövlətləri inkar olundu. Bunu isə böyük öndər Atatürkün uzaqgörənliklə “Anadoluda 7 minil öncə də türklər vardı” deyiminə xəyanət kimi qiymətləndirmək olar. Türkiyə tarixçiləri və dilçi-tarixçiləri arasında ən çox tanınan “altay nəzəriyysi”ni dəstəklən və bu sahədə fundamental əsərlər yazan şəxslər Talat Tekin, Ahmet Temir, Osman Nedim Tunadır, Tuncer Gülensoy və Tuncer Gülensoydur.
Qazaxıstan tarixçi və türkoloqları, Nenat Serikbayev, Sartkoja Karjaubayulı və Alkey Marqulandır
Özbəkistan tarixçi və türkoloqları Ləziz Əzizov və Qeybulla Babayarovdur.
Qırğızıstan tarixçi və türkoloqları Tınçtıkbek Çorotegin və Kadırəli Konkobayevdir.
Əsas Tatar Alimləri Mirzə Kazım bəy, Qaynetdin Axmarov, Mirkasım Usmanov, Abat Nurayev və Altay Sultanovdur.
Başqırd tarixçi, dilçi və etnoqrafları bunlardır: Cəlil Kiyekbayev, Əhmədzəki Vəlidi Toğan, Rail Kuzeyev və Uraqsin Zinnurdur.
Görkəmli Çuvaş Alimləri Nikolay Aşmarin, Vasili Dimitriyev, Mixail Fedotovç və Nikolay Yeqorovdur.
Tutaq ki, Türküstan tarixçiləri öz yurdlarında qurduqları dövlətlərlə kifayətlənirlər. Bəs dünya tərəfindən Anadoluya min əvvəl gələn xalq kimi təqdim olunan Türkiyə tarixçilərinın dərdi nə ola bilər. Azərbaycan qurulan dövlətlərin qurucuları güya biz Türklər olmadığını qəbul edən,Azərbaycanda yaşayıb, çörəyini yeyib və inkişaf edən tarixçilərin əsl məqsədi nə nədir?
Azərbaycanın akademik və sovet dövrü tarixçiləri
Sovet ittifaqı dövründə rəsmi tarix elmi türklərin Qafqaza kütləvi şəkildə yalnız b.e. I minilliyində və xüsusilə Səlcuqlular dövründə (XI əsr) gəldiyini iddia edən rəsmi xətti dəstəkləyirdi. Bu dövrün dərslikləri və fundamental akademik əsərləri bu nəzəriyyəyə əsaslanırdı:
İqrar Əliyev: Azərbaycanın qədim tarixini əsasən irandilli tayfalarla bağlayır və türk elementinin regiona sonradan gəldiyini müdafiə edirdi. Altay mənşəli miqrasiya konsepsiyasına loyal yanaşan ən qatı fiqurlardan biridir.
Ziya Bünyadov: Orta əsrlər üzrə ən böyük mütəxəssislərdən biri olaraq, etnik proseslərdə türklərin rolunu qəbul etsə də, onların regionda tam dominant qüvvəyə çevrilməsini orta əsr miqrasiya dalğaları ilə əlaqələndirirdi.
Oqtay Əfəndiyev: Səfəvilər və orta əsrlər tarixi üzrə araşdırmalarında oğuz-türk tayfalarının bu ərazilərə köç xəritələrini ənənəvi elmi prinsiplərə uyğun təhlil etmişdir.
Tofiq Hacıyev: Görkəmli dilçi və türkoloq kimi Azərbaycan dilinin tarixini araşdırarkən ümumi türk dilinin Altay dövrü qatlarına və qrammatik qanunauyğunluqlarına istinadlar etmişdir.
Fəridə Məmmədova: Albaniya tarixinin tədqiqatçısı kimi regionda həm yerli Qafqaz, həm də köçəri xalqların sintezini qəbul edirdi.
Bu qədər tarixi-elmi əsərlər bilgi və bəlgələr əsasında mövcud olduğu indiki 35 illik müstəqilliyimiz dövründə “Altay nəzəriyyəsini dəstəkləyən, inanan tarixçilərin , elm adamlarının, ziyalılarımızın, aparıcılarımızın məqsədi nədir?
Xahiş edirə mən deyim, Sizlər də öz fikirlərinizi rəylərdə yazın. Hələ də bu nəzəriyyəni dəstəkləyən tarixçilərimiz televiziya və internet kanallarına dəvət olunur və “düşmənlərimizin dərmanlarına su töküllər” və Türk xalqını aşağılıyırlar. Bu bir çox manqutlar bəlkədə bilmirlər ki, Azərbaycanda, Anadoluda və İkiayarasında Türk qədimdən varlığını inkar etmək hansı mənfi nəticələr doğurmuşdur. Tarix elmi nə qədər saxtalaşdırılmışdır, xalqımıza nə qədər böyük zərbələr vurulmuşdur və hələ vurulmaqdadır. Qazax tarixçiləri özləri yazırlar ki, biz Türküstana Azərbaycandan ən qədim dövrlərdə gəlmişik. Hələ sovetlər dövründə Oljas Süleymanov İkiçayarası Şumerləri Türklərin əcdadı kimi öz əsərlərində qeyd edirdi. Türkiyə televiziyaları Türklərin ən qədimdən bu coğrafiyada yəni Ön Asiyada yaşadıqlarını bilgi və bəlgələrlə yazan tarixşiləri və Atatürk kimi öndər olduğu halda hələ də “altay nəzəriyyəsi” ni müdafiə edən tarixiləri dəvət edirlər.
Təəsüf ki, Azəbaycandada belədir, özünü bilmiş bilən tarixçilərimiz televiziyalarda Azərbaycan Türklərini bu torpaqlara gələn xalq kimi qələmə verirlər. Elə tarixçilər var ki, guya insaflı danışıb 2700 il əvvəl gələn xalqları Türk kimi qəbul edirlər. Bəziləri isə deyir, Türk boyları bu coğrafiyada mövcud imişlər, ancaq çox olmayıblar. Ancaq Səlcuqlar gələndən sinra bir xalq kimi burada güclənmişlər. Ukraynanı çox sevdiyim üçün rus şovinistlərini ifşa edən internet kanallarına baxıram. Özünü intektual məlumatlı kimi təqdim Kamran Həsənli elə bir verlişi yoxdur ki, Türkləri Azərbaycana və Anadoluya gəlib dövlət quran xalq kimi təqdim etməsin. Özünün apadrdığı verilişləri dəstəkləyirəm, ancaq dəvət etdiyi siyasətçiləri də Azərbaycan Türklərinin qədimliyindən danışmamağ təhrik etdiyinə çox mənfi yanaşıram. İş o yerdədir ki, bu adamlar adlarını təqdim etdiyim tarixçi alimlərdən istinatlar gətirirlər. Sanki qəbul etməyən digər tarixçilər yoxdur, bəzən də onların fikirlərinə, əsərlərinə, bilgi və bəlgələrini ya oxumurlar və ya oxumaq istəmirlər ya da beyinləri yuyulub. Dindirən də deyirlər dünya tarixiləri qəbul etmir. Sizin kimi düşünərək oxumayanlar, bilməlidir ki, əgər Azərbaycan, Anadolu və İkiçayarasında Öntürklərin qədimdən yaşağıdığı qəbul etsələr, gərək dünya tarixii yenidən yazılsın. Onlar özləri də yaxşı bilirlər ki, tarixi niyə təhrif olunub. Biz Türklərin qədimliyini onlar Sizdən yaxşı bilirlər, sadəcə təsdiq etmək hələki işlərinə və indiki tarix elminə yaramır. Ancaq dünya Türklərin Ön Asiyada ən qədim xalq olduğunu qəbul etmək zorundadır. Mənim üçün maraqlıdır bu adamlar öz Tarixçi Alimlərimiz və “altay nəzəriyyəsini rədd edən tarixi kitablarını və tarixi-elmi əsərlərini niyə oxumurlar və ya qəbul etmirlər. Anadıluda, Türküstanda və dünyada “altay nəzəriyyəsini” puçluğunu bigi və bəlgələrlə subuta yetirən nə qədər alimlər vardır. Fikirlərinizi rəy bölməsində yazın. Çox təəsüf hissi ilə Sizə onlardan Manna və Midiyanı öz Azərbaycan Türklərinin əlindən almağa çalışan və “altay nəzəriiyəsi”ni təhtif olunmuş mənbələrlə “subuta” yetirən Akad. İqrar Əliyevin, Bu “subutlardan” sonra məcburən, Alban dövlətini qafqaz dilli kimi təqdim edən Akad. Fəridə Məmmədovanın yazdıqları çox ziyanlıdır. Müasir dövr internet kanallarında siyasətçi Azərbaycana Tükləri gəlmə kimi təqdim edən tarixçi və keçmiş səfir Prof.Dr Nəsir Nəsrli və verlişləri lazımlı fikirləri isə ziyanlı olan, aparıcı Səlcuqluqlu Türklərinin bu coğrafiyada ilk dəfə dövlət qurmasını tez-tez səsləndirən Kamran Həsənli kimilərə faktı demək istəyirəm. Necə olur ki, Azərbaycan, Anadolu və İkiçayarasında Göbəklitəpə və .s abidələrin ən azı 12 min il yaşı var, Xəzərin geney-doğu ərazisindəki Türk Anav mədəniyyətinin 9 min il, Quzey Monqolustanda Afanasyev mədəniyyətinin yaşı 5,5 min ildir. Belə deyə bilərsiz ki, Göbəklitəpə abidələrinin Ön Türklərə məxsus olduğu hələ subut olunmayıb. Onu kəşf edən Almaniyalı alim öz ölü tapılsada dünya alimləri yaxşı bilir ki, bu Ön Türklərı məxsusdur. Bunun kifayət qədər subutlar vardır və yeni subutlar tapılmaqdadır. Yaxşı bütün dünyanın qəbul etdiyi Daş Baba gələnəyi ən qədimləri elə bu coğrafiyada tapılıb və tapılmaqdadır. Azərbaycan və Anadoluda yaşi 7 min il Xəzərin doğusunda 3-4 min il, Altayda və Monqolustanda isə 2-3 min ildir. Bəs bunu nə ilə izah edə bilərsiz. Hamının Türklərə məxsus olduğu qəbul etdiyi Kurqan basırıq gələnəyi Azərbaycanda və Anadoluda yaşı 6 min il Xəzərin güneyındə 3-4 min il, Altayda və Monqolustanda 2-3 min ildir. Bu sualları onlara verək, görək necə cavab verəcəklər. Sizə bu məlumatları bağışlayın ki, qisa paylaşıram. Var olun!
Təvəkgül Nəbioğlu





