İNGİLİS SİYASƏTİ NƏ DEMƏKDİR?

Bu gün, 15:14           
İNGİLİS SİYASƏTİ NƏ DEMƏKDİR?
Tarix boyu ingilis dənizçiləri gəmilərdə siçovullarla mübarizə üsulundan istifadə edibdilər.
Bu, ümumiyyətlə veteran dənizçilər tərəfindən tanınan, eşidilməmiş bir hekayədir.
Çox ağıllı idi.
Siçovulların davranış xüsusiyyətlərinə yaxşı bələd olan bu ingilis dənizçiləri tutulan siçovulu əvvəlcə qapalı bir bankaya yerləşdirir və üç-dörd gün ac saxladıqdan sonra, daha kiçik bir siçovulu bankaya atırdılar. Aclıqdan ölməkdə olan siçovul, onu dərhal yeyərdi.
Onlar bu prosesi bankadakı siçovulun cannibal-yamyam siçovula çevrilənə qədər davam etdirirdilər. Bu siçovul da artıq getdikcə kökəlir və güclənirdi.
Sonra bu siçovulu gəmiyə buraxırdılar; indi gəminin ətrafında dolaşan bir maskalı siçovul idi. Eyni ailədən olan digər siçovullar isə, tamamilə bundan xəbərsiz olurdular. Amma əslində, bu siçovul güclü, adamyeyən siçovul idi, baxmayaraq ki, digərləri bunun fərqində deyildilər.
Adamyeyən siçovul asanlıqla digər siçovulların üstünə düşüb, onları bir-bir yeyirdi. Bu yolla gəmi də siçovullardan təmizlənirdi.
Bu üsul ingilislər tərəfindən hər yerdə və hər vəziyyətdə istifadə olunur.
Çünki ingilislər öz gələcəklərini, daxili və xarici siyasətlərini formalaşdırmaq üçün, həmişə təcrübədən və tarixdən öyrənirlər.
Bəzən seçdikləri siçovulla millətçiliyi hədəfə alır, gah iqtisadiyyatı yönləndirir, gah da siçovulları dini simvollarla adamyeyənlərə kökəldirlər.
Beləliklə ingilislər nəsli, iqtisadiyyatı, dövləti və ya bölgəni yenidən təşkil etmək üçün, onlardan istifadə edirlər.
Müxtəlif vasitələrlə öyrədilmiş, beyni yuyulmuş, kökəldirilmiş içimizə girmiş adamyeyən siçovullardan mümkün qədər uzaq durmalı, onların adamyeyən olmasına imkan verməməli, daim tələlərdən istifadə etməliyik.
İndi aramızdakı bu adamyeyən siçovullardan çəkinin.
Ağlınızı istifadə edin və özünüzü yeməyə icazə verməyin.
Dəyərləriniz üçün ayağa qalxın
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]