EDAM EDİLƏCƏYİ GÜN HƏR KƏS ÖLDÜ, YALNIZ O SAĞ QALDI!
4-12-2025, 12:04

Fəlakətdən son sağ qalan şəxs, ölüm hökmünə məhkum edilmiş məhbus idi.
Pelee dağı Karib dənizindəki Fransanın Martinika adasında yerləşən vulkan püskürən dağdır. 1397 metr hündürlüyündəki dağ 1902-ci ildə püskürüb və adanın Sen-Pyer şəhərində yaşayan 30.000 insanın ölümünə səbəb olub.
10 may 1902-ci ildə ada Fransaya nümayəndə seçmək üçün, seçki məntəqələrinə gedəcəkdi. Bir tərəfdə adada ağların üstünlüyünü təmsil edən və uzun müddət hakimiyyətdə olan Proqressiv Partiya dayanırdı.
Digər tərəfdə isə, Martinikanın əksəriyyətini qara və qarışıq irqli əhalini təmsil edən, yeni yaradılmış Radikal Partiya dayanırdı. Bu seçkilər siyasi cəhətdən əhəmiyyətli idi və 10 mayda ortalıq qarışacaqdı.
Pelee dağı aprel ayından oyanmağa başlamışdı və şiddətli dərəcədə səmaya yanar kül püskürürdü. Narahat olan insanlar adadan qaçmağı düşünsələr də, lakin bir neçə ay əvvəl Fransa hökuməti tərəfindən təyin edilmiş qubernator Mouttet buna icazə verməyirdi. O bilirdi ki, yalnız ağdərililərin bunu etmək üçün maddi imkanları var və əgər belə etsələr, seçkilərdə uduzacaq. O, adanın ən böyük qəzeti ilə razılığa gələrək, onları qorxacaq bir şey olmadığına inandırdı. Lakin vəziyyət faciəvi dərəcədə təhlükəli idi.
May ayının əvvəlində daha da aktivləşən vulkan yaxınlıqdakı dağ kəndlərini məhv etdi. Həmin kəndlərdə yüzlərlə insan həyatını itirdi. Ətraf kəndlərdən hər kəs Sen-Pyer şəhərinə qaçdı və şəhərin əhalisi 30.000-ə çatdı.
7 may gecəsi qubernator insanları sakitləşdirmək üçün, şəhərə baş çəkdi və oteldə qaldı. Dağdan kül yağmağa davam etdikcə, vəziyyətin ciddiliyini öz gözləri ilə gördü və adanı tərk etməli olduğunu anladı. Bunu insanlara izah etmək üçün, ertəsi gün səhərə qədər gözlədi.
Lakin ertəsi gün səhər Pelee dağı tam gücü ilə püskürdü və qubernator heç vaxt təxliyə əmri verə bilmədi.
Vulkandan püskürən alovlar bir neçə dəqiqə ərzində şəhəri məhv etdi. Alovdan qaçmağa çalışan insanlar özlərini dənizə atdılar, amma heç bir nəticə vermədi. Dənizə axan alovlar həmin insanları da öldürdü.
20-ci əsrin ən dəhşətli fəlakətlərindən biri olan bu hadisədə 30.000 insan həlak oldu. Xilasetmə qrupları gələndə yalnız üç sağ qalan insan tapdı.
Onlardan biri şəhərin kənarında yaşayan bir qadın idi. O, xəndəyə sığınaraq xilas olmuşdu, lakin xəsarətləri ağır olduğundan, sağ qalmadı.
Biri də şəhərin kənarında yaşayan bir kişi idi və evinin zirzəmisində gizlənərək xilas olmuşdu. O da ağır yaralanmışdı və tezliklə həyatla vidalaşdı.
Ən maraqlısı isə budur...
Fəlakətdən son sağ qalan ölüm hökmü ilə məhkum edilmiş məhbus idi. Onun edam günü həmin gün, 8 maya təyin edilmişdir...
Qalın divarlı yeraltı həbsxanada həbsdə olan Oqüst Siparis şəhərdən sağ qalan yeganə şəxs oldu.
Onu mühakimə edənlər, ölüm hökmünə məhkum edənlərin hamısı ölmüşdülər.
Bir sözlə, onun ölümünü gözləyən 30.000 insanın hər biri həmin gün öldü. Lakin 8 may 1902-ci ildə öləcəyini bilən yeganə şəxs olan Siparis sağ qaldı.
Biz hamımız yaşadığımız sirrli dünyanın sakinləriyik. Nə zaman ayılıb, dünyamızı dərl edəcəyik?
ESMIRA ŞÜKÜROVA
TEREF

