Avtomobillərdə pultla idarə olunan şüşə örtüklərinin satışı qanunidir? - AÇIQLAMA

28-11-2025, 17:38           
Avtomobillərdə pultla idarə olunan şüşə örtüklərinin satışı qanunidir? - AÇIQLAMA
Sosial şəbəkələrdə pultla idarə olunan şüşə örtüklərinin ("plyonka") satışı həyata keçirilir. Maraqlısı budur ki, düymə sıxılan anda avtomobilin içərisi görünmür.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, qiyməti 1 000 manatdan artıq olan bu vasitəni həm ön, həm də arxa şüşülərə yerləşdirmək mümkündür.

Həmin əşyanın satıcıları bildirirlər ki, bu yeni vasitəyə hazırda xeyli tələbat var. Bəs bu cür vasitələrin istifadəsi, xüsusilə də ön şüşəyə yerləşdirilməsi qanunidir?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, örtüklər müəyyən standartlara uyğun yerləşdirilməlidir. Onların ön şüşədə olması isə qadağandır.

Qaydaya əməl etməyən şəxsləri 150 manat məbləğində cərimə gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru