Bir vaxtlar kəndlərdə üstünlük verilən yağın indi sadəcə adı qalıb... Nehrə yağı necə hazırlanır? - Video
2-12-2025, 07:28
Əvvəllər əksər insanlar, xüsusən kənd yerlərində nehrə yağına üstünlük verirdi. Bu gün nehrə yağının sadəcə adı var... Nehrə yağı müxtəlif üsullarla hazırlanırdı. Bunun üçün süd xüsusi qaba əlavə edilir və bir neçə saat dayanmadan çalxalanırdı.Nəticədə üzə çıxan yağ yığılır, ayranı şor və sərin içki kimi istifadə edilirdi. Proses bitdikdən sonra qab açılır və alınan məhsul böyük qaba boşaldılırdı. Üzə çıxan yağ yığılırdı.
Nehrə yağının hazırlanması o qədər asan proses deyil. Belə ki, 12 litr süddən cəmi 300 qram nehrə yağı və 1 kiloqram şor alınır. Buna görə də, təxminən 1 kq nehrə yağı ala bilmək üçün 30 litr süd istifadə edilir.
Bu gün müxtəlif restoranlarda nehrə yağı adı altında müxtəlif yağlar təklif edilir. Amma bu yağların çoxu kustar üsulla hazırlanmış yağlardır.
Qısası, nehrə yağı əldə etmək asan olmadığı üçün ucuz satılmır və asan tapılmır.