Alimlər piylənmə əleyhinə qeyri-adi üsul tapdılar

5-12-2025, 16:18           
Alimlər piylənmə əleyhinə qeyri-adi üsul tapdılar
Ailə münasibətlərinin keyfiyyəti piylənmə riskinə birbaşa təsir göstərə bilər.

UCLA Health ekspertlərinin bu mövzuda apardıqları araşdırma "Gut Microbes" jurnalında dərc olunub.

Məlum olub ki, emosional dəstək və ailədəki xoş mühit bir sıra bioloji proseslərə, o cümlədən bədən kütləsinə təsir edir.

Araşdırmaya yüzdən çox Los-Anceles sakini cəlb olunub. Tədqiqat zamanı onların bədən kütləsi indeksi, sosial-iqtisadi vəziyyəti, qidalanma xüsusiyyətləri və ailə daxilində aldığı emosional dəstək səviyyəsi qiymətləndirilib.

Nəticələrə əsasən, yüksək emosional dəstək alan evli şəxslərdə bədən kütləsi indeksi daha aşağı olub və qida asılılığına meyil zəif müşahidə edilib. Yemək gördükləri zaman onların beyin qabığında iştahanın tənzimlənməsi və impulsların idarə olunmasına cavabdeh sahələrin aktivləşdiyi məlum olub. Tənhalarda isə bu xüsusiyyətlər aşkar edilməyib. Bu nəticələr MRT müayinələri zamanı əldə olunub.

Araşdırma həmçinin göstərib ki, evli iştirakçılarda "sevgi hormonu" kimi tanınan oksitosinin səviyyəsi daha yüksəkdir. Mütəxəssislərin fikrincə, məhz oksitosin zərərli qidaya meyli azaldır və bağırsaqlarda metabolizmi gücləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru