Səkkiz min manatlıq müavinət kimlərə veriləcək? - Deputat açıqladı

8-12-2025, 16:47           
Səkkiz min manatlıq müavinət kimlərə veriləcək? - Deputat açıqladı
"Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. Belə ki, "Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur".

AzFakt.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər.

"Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək. 2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (orta aylıq dövlət məvacibi- 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təmminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir", deyə Vüqar Bayramov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru