Çernobıl zonasındakı itlərin rəngi ilə bağlı izah verilib.
Bu barədə Cənubi Karolina Universitetinin mütəxəssisi Timoti Musso məlumat yayıb.
Onun sözlərinə görə, ərazidəki biotualetlərdən biri aşıb və içindəkilər ətrafa yayılıb. İtlər isə bu natəmiz maddələrin içərisində yuvarlanaraq mavi rəngə boyanıblar.
"Mavi rəng sadəcə itlərin qeyri-gigiyenik davranışının əlamətidir", - Musso bildirib.
Qeyd edək ki, ABŞ-dən olan bir qrup tədqiqatçı Çernobıl Atom Elektrik Stansiyası zonasındakı itlər üzərində araşdırma aparıb. Məlum olub ki, radiasiya heyvanların görünüşünə təsir etməsə də, onların DNT-sində əhəmiyyətli dəyişikliklər yaradır.