Dərin sularda yaşayan yüzlərlə yeni növ aşkarlandı

9-12-2025, 17:18           
Dərin sularda yaşayan yüzlərlə yeni növ aşkarlandı
Beynəlxalq tədqiqatçılar qrupu Sakit Okeanın dibində nadir metalların hasilatı sınaqları zamanı dərin sularda yaşayan yüzlərlə yeni növ aşkarlayıblar.

Oxu.Az phys.org-a istinadən xəbər verir ki, bioloqlar beş il ərzində Meksika və Havay adaları arasında, planetin ən az öyrənilmiş bölgələrindən biri olan zonada təxminən dörd kilometr dərinlikdə həyatı tədqiq ediblər.

Alimlər ölçüsü 0,3 mm-dən başlayan 4 000-dən çox orqanizm toplayıb və əsasən çoxqıllı qurdlar, xərçəngkimilər və molyusklardan ibarət olan 788 növ müəyyən ediblər.

Bir çox növ elm üçün naməlum olduğundan, onları müəyyən etmək üçün DNT analizindən istifadə olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]