Alimlər məşqi asanlaşdırmaq üçün "beyni aldatmağın" yolunu tapdılar

9-12-2025, 16:18           
Alimlər məşqi asanlaşdırmaq üçün "beyni aldatmağın" yolunu tapdılar
Monreal Universitetinin alimləri müəyyən ediblər ki, məşqdən əvvəl vətərlərin qısamüddətli vibrostimulyasiyası fiziki yükü olduğundan daha yüngül hiss etməyə vadar edə bilər.

Araşdırmanın nəticələri "Journal of Sport and Health Science" (JSHS) jurnalında dərc olunub.

Eksperiment zamanı iştirakçılar velotrenajorda iki dəfə - Axill və diz vətərlərinin vibrostimulyasiyasından sonra və vibrostimulyasiya olmadan məşq ediblər. Prosedurdan sonrakı məşq zamanı iştirakçılar üçün yük eyni qalsa da, obyektiv göstəricilər - pedalları fırlatma gücü və ürək döyüntülərinin sürəti artıb. Başqa sözlə, insanlar əlavə səy göstərmədən daha fəal işləməyə başlayıblar.

Araşdırmanın müəlliflərinin sözlərinə görə, vibrasiya sinir-əzələ reseptorlarından gələn siqnalı və həmin siqnalın onurğa beyni və beyin qabığına ötürülməsini dəyişdirir. Nəticədə, beyin tapşırığı daha "yüngül" qəbul edir. Bu isə məşqə başlamağı asanlaşdırır və müntəzəm fiziki fəallığın qorunmasına imkan yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]