Qışda şam yeməyi üçün ideal vaxt açıqlandı

9-12-2025, 15:38           
Qışda şam yeməyi üçün ideal vaxt açıqlandı
Diyetoloq Valentina Palatsio bildirib ki, qış mövsümündə bəzi qidalanma vərdişlərinə yenidən baxmaq lazımdır.

Oxu.Az xəbər verir ki, o, "La Razon" nəşrinə müsahibəsində bu fəsildə şam yeməyi üçün ideal vaxtı açıqlayıb.

Palatsionun sözlərinə görə, qışda son qida qəbulu saat 19:00-dan gec olmayaraq qəbul edilməlidir. O izah edib ki, soyuq mövsümdə gün işığının azalması səbəbindən orqanizmdə yuxu hormonu olan melatoninin ifrazı daha tez başlayır.

"Axşam yeməyini gecikdirdikdə orqanizmi daxili sisteminin istirahətə hazırlaşdığı anda həzm prosesinə başlamağa məcbur edirik", - deyə həkim əlavə edib.

Onun sözlərinə görə, gec şam yeməyi narahat yuxuya, mədədə ağırlığa, qıcıqlanmaya və ertəsi gün yorğunluğa səbəb ola bilər.

Diyetoloq axşam saatlarında xüsusilə şirniyyatlardan və spirtli içkilərdən uzaq durmağın vacibliyini vurğulayıb. Mütəxəssisin fikrincə, şam yeməyi az yağlı zülallar, bişmiş tərəvəzlər və az miqdarda mürəkkəb karbohidratlardan ibarət olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]