Müğənninin qəza törətməsinin səbəbi açıqlandı - Hadisə yerindən VİDEO

10-12-2025, 07:34           
Müğənninin qəza törətməsinin səbəbi açıqlandı -
Xəbər verdiyimiz kimi, Zərdabda baş verən ağır qəzada muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı dünyasını dəyişib.

"32gun.az" xəbər verir ki, müğənninin yaxınlarının sözlərinə görə, hadisəyə Məftunun idarə etdiyi avtomobilin qarşısına heyvanların çıxması səbəb olub.

Belə ki, yol dumanlı və sürüşkən olduğundan Məftun heyvanları vurmaqdan yayınmaq istəyərkən maşın sürüşüb və idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Məftun Məmmədov Bakıda yaşayır, o, ailə üzvləri ilə birgə rayona "qara bayrama" gedibmiş. Qeyd edək ki, qəza nəticəsində Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova, digər oğlu Uğur və İntiqam xəsarət alıblar.

Hazırda onların Zərdab Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru