Sinə xərçənginin də dərmanı tapıldı

12-12-2025, 17:24           
Sinə xərçənginin də dərmanı tapıldı
Təhlükəli növ döş xərçənginin təkrarlanma riskini azaltmaq üsulu tapılıb.

Gununsesi.info xəbər verir ki, Kaliforniya Universitetinin (Los-Anceles) alimləri erkən mərhələdə hormonlara həssas döş xərçənginin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilən yeni preparat olan giredesrant hazırlayıblar.

Tədqiqatın nəticələri ABŞ-da keçirilən SABCS – San Antonio Breast Cancer Symposium tədbirində təqdim olunub.

Məsələ HR-müsbət, HER2-mənfi sinə xərçəngi ilə bağlıdır. Bu tip şiş ən geniş yayılmış formadır və inkişafı üçün estrogen hormonlarından istifadə etdiyi üçün müalicədən sonra belə yüksək təkrarlanma riski ilə seçilir.

Aparılan genişmiqyaslı araşdırmaya 4 mindən çox pasiyent cəlb edilib. Nəticələrə görə, yeni preparat şişin yenidən yaranması ehtimalını təxminən üçdə bir azaldıb və onun digər orqanlara yayılma riskini də aşağı salıb.

Müşahidə müddəti təxminən 3 il davam edib. Bu müddət ərzində giredesrant qəbul edən pasiyentlərdə müalicəni yarımçıq qoyma hallarının standart hormonal terapiya ilə müqayisədə daha az olduğu müəyyən edilib.

Giredesrant estrogen reseptorlarını sadəcə bloklamayan, onları tam məhv edən yeni tip dərmanlara aiddir. Bu xüsusiyyət sayəsində xərçəng hüceyrələri böyümə mexanizmindən məhrum olur. Alimlər bildirirlər ki, tədqiqat nəticələri təsdiqlənərsə, preparat son onilliklərin hormonal terapiya sahəsində ən mühüm yeniliklərindən birinə çevrilə bilər. (milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru