Ekspert qışda istifadəsi məsləhət olmayan ərzaqlardan danışdı

16-12-2025, 08:36           
Ekspert qışda istifadəsi məsləhət olmayan ərzaqlardan danışdı
Rusiyalı həkim, allerqoloq-immunoloq Alina Romanova qışda istifadəsi məsləhət görülməyən ərzaqlardan danışıb.

Oxu.Az xəbər verir ki, ekspert bu barədə "İzvestiya" nəşrinə fikirlərini bildirib.

"Qidalanma təkcə kalori demək deyil, bu, immun sisteminə güclü təzyiq vasitəsidir, xəstəliyin qarşısını ala və ya onun inkişafına yardım göstərə bilər", - deyə A.Romanova bildirib.

Ekspert qeyd edib ki, bağırsağın mikroflorası üçün zərərli olan məhsulların istifadəsi orqanizmin təbii müdafiə mexanizmlərini və onun infeksiyalara qarşı müqavimətini zəiflədir.

Belə ki, qış mövsümündə hisə verilmiş, duzlu qidalar, tərkibində konservantlar olan yarımfabrikatlar, eyni zamanda, şirniyyat və kimyəvi tərkibli piylərlə qidalanmaq məsləhət deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru