Dünyanın ən böyük avtomobil təhlükəsizliyi mərkəzi açıldı: Beş Ginnes rekordu qırdı

16-12-2025, 17:18           
Dünyanın ən böyük avtomobil təhlükəsizliyi mərkəzi açıldı: Beş Ginnes rekordu qırdı
Çinin "Geely" şirkəti avtomobillərin təhlükəsizlik sınaqlarının aparılması üçün yeni mərkəz istifadəyə verib.

"CarNewsChina" xəbər verir ki, yeni yaradılan bu mərkəz açılışı ilə beş nominasiya üzrə Ginnesin Dünya Rekordları Kitabına daxil edilib.

"Geely"nin yeni sınaq mərkəzi 27 müxtəlif sınaq növü ilə ən çox test imkanına malik avtomobil təhlükəsizliyi laboratoriyası, həmçinin 82 min kvadratmetr sahəsi ilə ərazisinə görə ən böyük avtomobil təhlükəsizliyi laboratoriyası kimi qeydə alınıb.

Mərkəzdə, həmçinin ən uzun qapalı qəza testi yolu (293 metr), ən böyük təsadüfi bucaqlı qəza testi sahəsi (12 700 kvadrat metr) və iqlim simulyasiya imkanlarına malik ən uzun külək tuneli (28 500 kvadrat metr) mövcuddur.

"Geely" gələcəkdə öz sınaq mərkəzini digər istehsalçılara da təklif etməyi planlaşdırır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru