Görməzlikdən gəldiyimiz ölümcül təhlükə: Sinə ağrısı niyə təcili tibbi yardım tələb edir?

18-12-2025, 16:14           
Görməzlikdən gəldiyimiz ölümcül təhlükə: Sinə ağrısı niyə təcili tibbi yardım tələb edir?
Sinə nahiyəsində qəfil yaranan ağrı və ya hətta danışıq zamanı hiss edilən yüngül nəfəs darlığı belə təhlükəli xəstəliklərin əlaməti ola bilər.

Sinə ağrısı insanların əksəriyyətinin çox vaxt məhəl qoymadığı geniş yayılmış bir əlamətdir. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu siqnalın vaxtında aşkar edilməməsi və müalicə olunmaması real təhlükə yarada bilər.

Britaniyalı kardioloq Robert Kelli bildirir ki, sinə ağrısı çox vaxt gizli nəfəs darlığı kimi özünü göstərir. Bu əlaməti görməzlikdən gəlmək olmaz, çünki o, ciddi və təhlükəli bir xəstəliyin göstəricisi ola bilər.

“Əgər təpəyə qalxarkən, danışarkən və ya ən kiçik fiziki yüklənmə zamanı belə nəfəs darlığı yaranırsa, mütləq həkimə müraciət etməlisiniz”, - Kelli izah edib. (Lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru