Yeni il süfrəsinin "təhlükəli ərzaqları"

18-12-2025, 17:28           
Yeni il süfrəsinin "təhlükəli ərzaqları"
"Qarşıdan gələn yeni il süfrəsində yemək bolluğu mədə üçün zərərlidir".

Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı həkim-diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev açıqlama verib.

Onun sözlərinə görə, bayram süfrəsindəki "ən təhlükəli" məhsullar kolbasa, sosis və sardelkalardır. Bundan sonra hisə verilmiş ərzaqlar gəlir. Üçüncü yeri alkoqol və mayonez, dördüncü yeri piyli və ya yağda qızardılmış ət, sonra isə şirniyyat və tortlar tutur. Siyahı duzlu şorabalarla yekunlaşır.

Ekspertin sözlərinə görə, ağır yeməkləri bir yerdə qəbul etmək daha çox zərər verir. Məsələn, göbələk, mayonez və pendiri birgə yemək olmaz.

"Qabda təkcə salatın olması təhlükəli deyil, amma onunkürülü buterbrod, yağlı isti yemək və ya tortla kombinasiyası mədə-bağırsaq sisteminə zərər vura bilər".

Həkim mayonezi zeytun yağı ilə, duzlu xiyarı təzə xiyarla əvəzləməyi məsləhət görür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru