Bakıdan Nabrana gəmi ilə: 2026-cı ilin turizm planları açıqlandı VİDEO

22-12-2025, 16:44           
Bakıdan Nabrana gəmi ilə: 2026-cı ilin turizm planları açıqlandı  VİDEO
2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur.

Turizm ekspertləri hesab edirlər ki, bu layihə Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcək.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, layihə regionun turizm xəritəsini dəyişəcək:

"Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan turizmini yeni mərhələyə daşıyacaq. Bakı şəhəri ilə yanaşı, Lənkəran, Neftçala və Nabran kimi ərazilər də liman şəhərlərinə çevriləcək. Bu, həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Layihə Azərbaycanı gəmi turları sahəsində ciddi şəkildə tanıdacaq".

Daha ətraflı ATV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru