Avtomobil idarə edərkən “qırmızı işıq”da telefondan istifadə etmək olar? –AÇIQLAMA

23-12-2025, 15:18           
Avtomobil idarə edərkən “qırmızı işıq”da telefondan istifadə etmək olar? –AÇIQLAMA
Nəqliyyat eksperti Yasin Mustafayev sürücülərin işıqforun qadağanedici işığında telefondan istifadə etdikləri, yaxud telefonun hərəkət anında əldə tutulması zaman cərimə yazılmasına etiraz etmələrinə münasibət bildirib.

Ekspert Pravda.az-a açıqlamasında deyib ki, hərəkət iştirakçısı işıqforda dayanan zaman da hərəkət iştirakçısı sayılır:

Qarlı hava şəraitində yollara səpilən duzun texniki və ya xörək duzu olmasının fərqi yoxdur” - Ekspert Pravda.az

“Bəzən müşahidə edirik, yaşıl işıq yansa belə, sürücülərin çoxu gözləyir. Çünki telefondan istifadə edirlər. Buna görə də qanunda hər bir hal nəzərdə tutulub. İstər hərəkət anında olsun, istərsə də işıqforda dayansın, sürücü avtomobili park etməyibsə, telefondan istifadə etməməlidir. Qanunda telefonu əldə tutaraq istifadə etməkdən söhbət gedir. Yəni sürücü mesaj yazsa da, danışmasa da, əlində telefon tutubsa, o cərimələnməlidir. Qanun bunu tələb edir. Güzəşt olunmamalıdır, çünki qəzaların çoxu telefondan istifadə edərkən baş verir. Sürücünün başı telefona qarışır, qəza şəraiti yaranır, yaxud qəza baş verir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru