"Axırıncı aşırım"ın qəhrəmanlarından Xəlil kimdir?

23-12-2025, 16:38           
"Axırıncı aşırım"ın qəhrəmanlarından Xəlil kimdir?
"Axırıncı aşırım"da aktyor Həsən Turabovun canlandırdığı, Kərbəlayı İsmayılla görüşə göndərilən Xəlil, Abbasqulu bəyin dostu və döyüşçüsü imiş. 1918-ci ildə ermənilər Böyük Vediyə hücum etsələr də, döyüşü uduzurlar.
Ermənilər geri çəkiləndə əsgərlərindən birini Yovşanlı düzündə pulemyotla zəncirə bağlayırlar ki, sona qədər atsın, azərbaycanlıların irəliləməsinə imkan verməsin.
Abbasqulu bəydən əmr alan Xəlil gözlənilmədən irəli atılaraq erməni pulemyotçusunu gəbərdir.
Xəlil döyüşlərdə 20-dən çox erməni əsgərini məhv edib. O, həm də "Axırıncı aşırım"ın ssenari müəllifi, "Qarlı aşırım" romanının müəllifi, yazıçı Fərman Kərimzadənin dayısıdır.
Anar Tağıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru