18 yaşlı Lvov Universitetinin tələbəsi Nikolay Lemik, Lvovdakı Sovet konsulluğunun katibi Andrey Maylovu revolverdən bir neçə atəşlə öldürdü.
27-12-2025, 15:54
21 oktyabr 1933-cü ildə 18 yaşlı Lvov Universitetinin tələbəsi Nikolay Lemik, Lvovdakı Sovet konsulluğunun katibi Andrey Maylovu revolverdən bir neçə atəşlə öldürdü. Sui-qəsd bolşeviklərin Ukraynadaki siyasətinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyırdı. Hədəf Lvovdakı Sovet Baş Konsulu idi, lakin onun işdə olmaması və Lemikin onu üzdən tanımaması, konsulluğun katibinin ölümü ilə nəticələndi. Lvov məhkəməsi Lemikə ölüm hökmü verdi, sonradan bu cəza ömürlük həbslə əvəz edildi. İkinci Dünya Müharibəsinin əvvəlində Lemik həbsxanadan qaçdı. 1941-ci ilin oktyabrında Mirqorodda Gestapo tərəfindən həbs edildi və faşistlərə qarşı döyüşdüyünə görə edam edildi. Şəkildə: 1933-cü ilin payızında Lvovda Nikolay Lemikin məhkəməsi. Эльдар Тагиев TEREF