Mənzil bazarında qiymətlər niyə artıb? – Ekspert açıqladı – VİDEO

28-12-2025, 11:34           
Mənzil bazarında qiymətlər niyə artıb? –
Son zamanlar mənzil bazarında qiymətlərin artdığı müşahidə olunur. Əmlakçıların sözlərinə görə, hazırda bazarda qiymətlər orta hesabla 10 faiz artıb.

“Keçən il Nərimanov rayonunda 210 min manata satılan mənzillərin qiyməti indi 250 min manatdır. Süni qiymət artımıdır, ölkədəki bahalaşma ilə əlaqəsi yoxdur”, – deyə mövzu ilə bağlı açıqlamasında makler deyib.

Globalinfo.az xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, qiymət artımı əsasən ipoteka şərtlərinə uyğun olan mənzillərdə müşahidə edilir. Onun sözlərinə görə, sahəsi böyük olan mənzillərdə son beş ay ərzində ciddi qiymət artımı qeydə alınmayıb.

Ekspert əlavə edib ki, şəhər daxilində aparılan abadlıq və söküntü işləri, xüsusilə köhnə və fərdi yaşayış evlərinin plana düşməsi bir çox vətəndaşların Bakıətrafı ərazilərə köçməsinə səbəb olub. Bu amil isə paytaxta yaxın qəsəbə və kəndlərdə mənzillərə tələbatı artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru