Restoranlarda təqdim olunan QR necə təhlükəyə çevrilir? - İZAH

29-12-2025, 11:44           
Restoranlarda təqdim olunan QR necə təhlükəyə çevrilir? - İZAH
Artıq demək olar ki, bütün restoranlarda menyular QR kod vasitəsilə təqdim edilir. Bir tərəfdən rahatlıq olan bu üsul bəzən təhlükəli hala da çevrilir. Restoranlarda QR kod təhlükələri əsasən şəxsi məlumatların oğurlanması, zərərli proqramlar və menyu manipulyasiyası ilə bağlıdır. Müştərilər bilmədən saxta kodları oxutduraraq məlumatlarını paylaşa bilərlər, bu da onları maliyyə saxtakarlığına və ya cihazlarına virus düşməsinə şərait yaradır.

Bəs bu cür hallara qarşı nə etmək olar?

Mövzu ilə bağlı Patrul.az-a danışan Aİ mütəxəssisi Natiq Məmişov bildirib ki, problem QR texnologiyasının özündə deyil, onun nəzarətsiz və şübhəli mənbələrdə istifadəsindədir:

“İstifadəçilər üçün əsas qayda budur ki, tanımadığınız, rəsmi olmayan, üzərində təşkilatın adı, loqosu, əlaqə məlumatı düzgün göstərilməyən QR kodlara kor-koranə etibar etməmək və hər hansı şəxsi məlumatı yalnız rəsmi saytlarda və tanış domenlərdə daxil etmək lazımdır”.

Mütəxəssis 3 əsas risk faktorunu qeyd edib:

1. Fişinq (saxta sayt riski)

QR kod səni saxta banka, sosial şəbəkə və ya ödəmə səhifəsinə yönləndirə bilər. Orada kart məlumatı, login-parol, şəxsiyyət məlumatı yazanda hamısı oğurlana bilər.

2. Zərərli proqram yüklənməsi

Xüsusilə Android telefonlarda QR kod vasitəsilə şübhəli tətbiq yükləmə linki açıla bilər. İcazə verəndə telefonun yaddaşına, şəkillərə, kontaktlara çıxış əldə edə bilərlər.

3. Mənbənin manipulyasiya olunması

Restoran, lift, dayanacaq kimi yerlərdəki QR kod sonradan kimsə tərəfindən stikerlə dəyişdirilə bilər. Sən elə bilirsən ki, rəsmi məkanın kodudur, əslində isə kiberdələduzun yönləndirdiyi linkdir”.

N.Məmişov sonda əsas təhlükəsizlik qaydası olaraq mənbəyə güvənmədən skan etməməyi, açılan linki mütləq yoxlamağı və heç vaxt QR vasitəsilə gələn səhifədə gizli məlumat paylaşmamağı tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru