Heyvan gözlərinin bəbəkləri niyə müxtəlif formalarda olur?
12-01-2026, 15:54

Göz bəbəyinin forması heyvanın təbiətdəki ekoloji rolu ilə birbaşa əlaqəni ortaya qoyur. Elmi məlumatlara görə, göz bəbəyi üfüqi görmə sahəsi yaradır; bu quruluş heyvanın başını aşağı salaraq otlayarkən belə, ətrafı skan etməsinə və bu da yaxınlaşan təhlükələri erkən aşkarlamağa imkan verir. Bunun əksinə olaraq, şaquli kəsikli göz bəbəkləri (pişik və ilan kimi pusquda olan yırtıcılarda rast gəlinir) dərinlik qavrayışını kəskinləşdirir və yırtıcının hədəfinə olan məsafəni dəqiq hesablamasına imkan verir.
İnsan, aslanlar və pələnglər kimi daha uzun boylu və ya aktiv şəkildə təqib edən yırtıcılarda görünən dairəvi göz bəbəkləri fərqli bir strategiyadır. Belə ki, bu quruluş məsafəni ölçmək əvəzinə, bütün istiqamətlərdən bərabər işıq alaraq həm gündüz həm, də gecə geniş vizual sahəni izləməyə kömək edir.
Bir sözlə, təkamülün "qaçmaq üçün ətrafı skan etmək" üçün ixtisaslaşmış üfüqi gözləri, "pusqu qurmaq və hədəfi əldə etməək" üçün şaquli gözləri və "ətraf mühiti və ovunu yüksək nöqtədən aktiv şəkildə izləmək" üçün yuvarlaq gözləri var.
Есмира Шукурова
TEREF




