Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır – Ciddi xəbərdarlıq

4-01-2026, 11:48           
Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır – Ciddi xəbərdarlıq
Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə zülal (protein) tozlarından istifadənin artması sağlamlıq mütəxəssislərini narahat etməyə başlayıb. Qastroenterologiya üzrə tanınmış mütəxəssis zülal tozlarının şüursuz və nəzarətsiz istifadəsinin həyat üçün təhlükə yaradacağını bildirib.

Tribuna.az xəbər verir ki, Prof. Dr. Göral xəbərdarlıq edir ki, zülal tozları yalnız vizual olaraq cəlbedici bədən quruluşu və əzələ artımı üçün istifadə edilmir, eyni zamanda tərkibindəki zərərli maddələr – o cümlədən steroidlər – bədənə ciddi ziyan vura bilər. Bu maddələr uzun müddət istifadə olunduqda cinsi zəiflik, qaraciyər çatışmazlığı, siroz və hətta orqan transplantasiyası ehtiyacı ilə nəticələnə bilər.

Zülal tozlarının xüsusilə spirtlə birlikdə istifadəsi vəziyyəti daha da ağırlaşdırır. Prof. Dr. Göral bildirir ki, bu əlavələr ürək əzələlərinə və böyrəklərə də zərər verir:

“Bu məhsullar təkcə qaraciyər funksiyalarını deyil, həm də ürək və böyrək fəaliyyətini pozur. Artıq bəzi hallarda bu əlavələr səbəbindən gənclər həyatlarını belə itiriblər”.

Mütəxəssis vurğulayır ki, zülal ehtiyacını təbii qidalardan qarşılamaq daha sağlam seçimdir:

“Gündə 3-4 yumurta, qatıq, pendir, balıq və ət kifayət qədər zülal təmin edə bilər. Təsadüfi mənbələrdən alınan protein tozları isə orqanizmə zərər verə bilər. Mütləq həkim məsləhəti ilə istifadə olunmalıdır”.

Eyni zamanda protein tozlarının yüksək qəbulu kişilərdə cinsi zəifliyə və digər əlamətlər gətirib çıxara bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru