Vahid Ələkbərovun şirkəti ilə bağlı yeni plan ortaya çıxdı

7-01-2026, 16:46           
Vahid Ələkbərovun şirkəti ilə bağlı yeni plan ortaya çıxdı
ABŞ-ın “Chevron” şirkəti və “Quantum Energy Partners” investisiya qrupu “Lukoyl”un beynəlxalq aktivlərinin bölünməsi üçün müqavilə bağlamağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat verib.

“Şirkətlərin təklifi “Lukoyl”ın bütün xarici aktivlər portfelini əhatə edir. “Quantum” və “Chevron” şirkətləri uzunmüddətli perspektivdə 22 milyard dollarlıq aktiv əldə etmək niyyətindədirlər. Bu yanaşmanın ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən müsbət qarşılandığı qeyd olunur”, – deyə nəşr yazıb.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında ABŞ və Böyük Britaniya “Lukoil” şirkətini sanksiya siyahılarına əlavə edib. Daha sonra “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, “Lukoyl”un təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərovdur. (globalinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru