Ürək-damar xəstəliklərindən yayınmaq üçün yeddi qızıl qayda

8-01-2026, 17:14           
Ürək-damar xəstəliklərindən yayınmaq üçün yeddi qızıl qayda
Ürək-damar xəstəlikləri son zamanlar insanlar arasında sürətlə yayılmaqdadır. Riskdən qaçmaq və ya xəstəliyin inkişafının qarşısını almaq üçün nə etməliyik?

Tibb elmləri namizədi, kardioloq İqnar Rudenko kp.ru saytına müsahibəsində bu barədə danışıb.

Həkim ürək-damar xəstəliklərindən qorunmaq üçün 7 qızıl qaydanı təqdim edib:

1. Düzgün qidalanma - əsasən bitki tərkibli qida rasionu, həftədə 3-5 dəfə balıq yemək, duz və şirniyyatdan uzaq durmaq.

2. Fiziki aktivlik - həftədə 5-7 dəfə, 30-60 dəqiqə idmanla məşğul olmaq və ya çox gəzmək.

3. Siqaret çəkməmək - hər növ siqaretdən imtina etmək.

4. Arterial təzyiqi nəzarətdə, qan təzyiqini normada saxlamaq.

5. Xolesterol səviyyəsini nəzarətdə saxlamaq, xolesterinin miqdarını izləmək.

6. Qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq, şəkərli diabet riskinə qarşı tədbir görmək.

7. Bədən kütləsini və belin incəliyini izləmək, normal bədən kütləsi indeksini qorumaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru