Sürücülərdə aqressiyanı artıran iki əsas amil: Rusiyalı psixoloqdan maraqlı açıqlama
8-01-2026, 16:38
"Sürücülər avtomobillərində özlərini təhlükəsiz hiss etdikləri üçün sükan arxasında aqressivləşirlər".
Bu barədə rusiyalı psixoloq Olqa Tvardovskaya Gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, aqressiya insanın yaşamalı olduğu normal bir hissdir: "Avtomobil bu aqressiyadan "istifadə olunacaq" yerlərdən birinə çevrilir. Belə anlarda sürücü özünü öz kiçik evində hiss edir. Sükan arxasında olanlar heç kimin heç nəyi görmədiyini və istədiklərini edə biləcəklərini düşünürlər", - deyə psixoloq bildirib.
Həkim izah edib ki, aqressiyanın digər mümkün səbəbi isə səfərdən əvvəl baş verən münaqişədir.