Metroda gediş haqqı məsafəyə görə müəyyən edilə bilər? - Təhlillər aparılır VİDEO

9-01-2026, 16:24           
Metroda gediş haqqı məsafəyə görə müəyyən edilə bilər? -
Bakı metrosunda hazırda vahid tarif modeli tətbiq olunur, lakin gələcəkdə gediş haqqı məsafəyə görə müəyyən edilə bilər. Odur ki, hazırda bununla bağlı analitik qiymətləndirmələr davam etdirilir.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, bu təcrübə dünyanın bir çox ölkələrində var, yəni metrodan istifadə edən sərnişin gediş haqqını qət etdiyi məsafəyə görə ödəyir. Lakin ekspertlər bildirirlər ki, bu sistemi qurmaq elə də asan deyil, çünki, bütün stansiyalarda zəruri şərait, terminallar olmalıdır.

Bəs metroda bu tarif modeli ölkəmizdə də tətbiq oluna bilərmi?

"Bakı Metropoliteni"nin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, hazırda bununla bağlı konkret qərar olmasa da, təhlillər bu gün də aparılır. Onun sözlərinə görə, aparılan təhlillərdə, eləcə də planlaşdırılması nəzərdə tutulan bütün dəyişikliklərdə sərnişin rahatlığı və təhlükəsizliyi prioritet məsələdir.

Bəxtiyar Məmmədov qeyd edib ki, bu günə qədər metroda gediş haqqının ödəmə üsulu ilə bağlı çoxsaylı, eyni zamanda, rəqəmsal texnologiyalara əsaslanan yeniliklər edilib.

O da qeyd olunub ki, bu tarif dəyişikliyi yaxın gələcəyin deyil, qarşıdakı dövrdə Bakı metropoliteninin qarşısında duran əsas vəzifələrdən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru